Suriyada daha bir azərbaycanlı güllələndi

13:24 | 24.02.2014
Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı vuruşan azərbaycanlı Rüstəm Əsgərov həlak olub.ANS PRESS xəbər verir ki, Mədinə İslam Universitetini bitirən Əsgərov Rüstəmin 20 ildən artıq Azərbaycanda İslama çağırışçıların siyahısında yer aldığı bildirilir.4 il həbsdə yatan Rüstəmin Əfqanıstan və Çeçenistanda önəmli fəaliyyət göstərdiyi vurğulanıb. Onun Suriyada Ahraruş Şam İslami Mübarizə qrupunda 2 il mübarizə apardığı barədə məlumatlar verilib.Rüstəm Əsgərov Hələbdə Əsəd qüvvələrinin havadan endirdikləri zərbələr nəticəsində həlak olub.ANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM