Suriyada öldürülən azərbaycanlı komandirin də Sumqayıtdan olduğu bildirilir

19:46 | 27.03.2014
Suriyada öldürülən azərbaycanlı komandirin də Sumqayıtdan olduğu bildirilir

Suriyada öldürülən azərbaycanlı komandirin də Sumqayıtdan olduğu bildirilir

 Suriyada son günlər öldürülən azərbaycanlılardan daha birinin Sumqayıt sakini olduğu məlum olub. APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, öldürülən azərbaycanlı komandir “Musab Abdurahim Abdulmacid” ləqəbi ilə tanınan Sumqayıt sakinidir. Onun əsl adı açıqlanmır. Mücahidlər onun meyitinin fotosunu da sosial şəbəkələrdə paylaşıblar. Xatırladaq ki, “Musab Abdurahim Abdulmacid” Suriyada “İraq Şam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan azərbaycanlıların keçmiş komandiri “Əbu Yəhya” öldürüldükdən sonra komandir təyin olunmuşdu. Qeyd edək ki, martın 22-də Suriyada “İraq Şam Dövləti” silahlı qruplaşması ilə “Kürd YPG” qruplaşması arasında döyüşdə 25 nəfər öldürülüb. Onlardan 12-nin azərbaycanlı olduğu bildirilir. Öldürülənlərin əksəriyyəti Sumqayıt sakinləridir. Onların arasında yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Bayramov Ceyhun Süleyman oğlu da var. Məlumata görə, Ceyhun Bayramovun bacısı da hazırda Suriyadadır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti