Suriyada tanınmış səhra komandiri Şişani öldürülüb

14:56 | 21.05.2014
Suriyada tanınmış səhra komandiri Şişani öldürülüb

Suriyada tanınmış səhra komandiri Şişani öldürülüb

Modern.az saytı Fars agentliyinə (İran) istinadən xəbər verir ki, Suriyada hökumət qüvvələri ilə çarpışan İraq-Şam İslam Dövləti (İŞİD) adlı qruplaşmasının səhra komandanlarından olan Əbu Ömər Şişani öldürülüb. Onun “Nusra Cəbhəsi” ilə döyüşdə həlak olduğu bildirilir.Qeyd edək ki, Əbu Ömər Şişani kimi tanınan bu muzdlu döyüşçünün əsl adı Tarxan Baturaşvilidir. Milliyyətçə çeçen (kişti) olan Şişani Gürcüstan (Pankisi dərəsi) vətəndaşı olub. Ötən əsrin sonlarında rus-çeçen müharibəsində iştirak edən T. Baturaşvili 2010-cu ilin sentyabrında qanunsuz silah saxlamada ittiham edilərək Gürcüstanda 3 il müddətinə həbsə məhkum edilib. 16 ay həbs çəkdikdən sonra 2012-ci ildə ölkəni tərk edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür