Suriyanın yeni təyin olunan prezidenti Əhməd əl-Şara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gəlib. Bu barədə Türkiyə mətbuatı yayıb.
Bundan əvvəl Suriyanın ədliyyə naziri Şadi əl-Veysi Dəməşqdə türkiyəli vəkillərlə görüşüb.
2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil oldular, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verdi və ölkəni tərk etdi. Dekabrın 10-da İdlib vilayətində qondarma xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.
Aytac
www.anews.az
Aytac
Bizi sosial şəbəkələrdə izləyin !