• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Musk Trampın “xüsusi dövlət qulluqçusu” tituluna layiq görülüb

Musk Trampın “xüsusi dövlət qulluqçusu” tituluna layiq görülüb
04.02.2025 16:25
Milyarder İlon Mask rəsmi olaraq ABŞ Prezidenti Donald Trampın xüsusi dövlət qulluqçusu tituluna layiq görülüb.  Bu barədə CNN  Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.

Ağ Ev ilk dəfə Maskın Vaşinqtonda hansı hüquqi əsaslarla çalışdığını rəsmi olaraq şərh edib. Bu status o deməkdir ki, texnologiya sahibkarı və milyarder Mask nə könüllü, nə də tam ştatlı federal məmur deyil.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, xüsusi dövlət qulluqçusu "ildə  130 gün və ya daha az zaman kəsiyində hökumət üçün işləyən və ya işləməsi gözlənilən” şəxsdir.

Maskın maaş almadığını onun işə qəbulu ilə tanış olan bir mənbə CNN telekanalına bildirib. Həmçinin, Maskın dövlət sirlərinə giriş üçün ali səviyyəli məxfi icazəsinin olduğu da qeyd edilib.

Xüsusi dövlət qulluqçusu kimi Mask federal maraqların toqquşması qanununun təsiri altına düşür. Bu qanun dövlət qulluqçularının maliyyə maraqlarına təsir edə biləcək işlərdə iştirak etməsini qadağan edir.
 
Qanun həm cinayət, həm də mülki qaydada tətbiq oluna, lakin onun icrasına nəzarəti yalnız Ədliyyə Nazirliyi həyata keçirə bilər.
 
N.Təbrizli











www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Google” Meksika körfəzini Amerika körfəzi kimi göstərəcək
Dünya 14:08
“Google” Meksika körfəzini Amerika körfəzi kimi göstərəcək
Ukraynaya sülhməramlılar göndərə biləcək Avropa ölkələrinin adı açıqlanıb
Dünya 12:32
Ukraynaya sülhməramlılar göndərə biləcək Avropa ölkələrinin adı açıqlanıb
Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
Dünya 00:05
Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
Paşinyan Makronla sülh prosesini müzakirə edib
Dünya 22:57
Paşinyan Makronla sülh prosesini müzakirə edib

Türkiyədə terrorçulara xəbərdarlıq edilib
Dünya 22:38
Türkiyədə terrorçulara xəbərdarlıq edilib
Tramp Hərbi Akademiyaları təmizləyir
Dünya 22:35
Tramp Hərbi Akademiyaları təmizləyir
HƏMAS girovların azad edilməsini təxirə salacaq
Dünya 22:29
HƏMAS girovların azad edilməsini təxirə salacaq
Avropa İnvestisiya Bankı Ukraynaya yardım ayıracaq
Dünya 22:22
Avropa İnvestisiya Bankı Ukraynaya yardım ayıracaq
Ermənistan-Türkiyə sərhəddi açılırmı?
Dünya 22:14
Ermənistan-Türkiyə sərhəddi açılırmı?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol