İstanbulda güclü yağışlar nəticəsində ölənlərin sayı 6-ya çatıb
İstanbulda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. Bu barədə İstanbul Valiliyinin məlumatında bildirilib.
Məlumata görə, oktyabrın 19-da şəhərin Avropa hissəsində, Ayvansaray körpüsünün yaxınlığında bir nəfərin meyiti tapılıb. Hadisə ilə əlaqədar itkin düşən daha bir şəxsin axtarışı davam etdirilir.
Oktyabrın 14-də İstanbulda yağan güclü yağışlar şəhərin bir neçə rayonunda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakət nəticəsində yaşayış məntəqələrində və nəqliyyat infrastrukturunda problemlər yaranıb.