Suriyaya gedən azərbaycanlı - peşmanam

14:23 | 04.12.2014
Suriyaya gedən azərbaycanlı - peşmanam

Suriyaya gedən azərbaycanlı - peşmanam

"Suriyaya döyüşə gedən azərbaycanlı İŞİD-çi Şahbazlı Bəhruz peşman olub. O, Suriyada döyüşdüyü şəhərdə azərbaycanlıların olmadığını dedi”.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bildirib.

Bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və İstintaq Təcridxanasında monitorinq keçirən E.Behbudov orada saxlanılan Suriyada döyüşmüş Azərbaycan vətəndaşı Şahbazlı Bəhruz Bəxtiyar oğlu ilə görüşüb. Hüquq müdafiəçisi qeyd edib ki, Ş. Bəhruzun bir daha Suriyaya getmək fikri yoxdur, tutduğu əmələ görə peşmandır. "O, dedi ki Suriyada dindən əsər-əlamət yoxdur. O, döyüşdüyü Suriya şəhərində heç bir azərbaycanlı ilə rastalaşmadığını da söylədi”.

E.Behbudova orada saxlanılan Qaraçuxur məscidini yandıran PKK terrror təşkilatına məxsus Namiq Nəsibov və Elnur Ələkbərovla görüşə bilmədiyini söyləyib:
"Müstəntiqin yanında olduqlarına görə onlarla görüşə bilmədim. Söz verirəm ki, gələn dəfə mütləq onlarla görüşəcəyəm. İstintaq gedirdi, onlar müstəntiqə ifadə verirdilər”.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Şahbazi Bəhruz Bəxtiyar oğlu Heydər Əliyev Beynəlxalq Aeroportunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırmalar zamanı onun Türkiyə vasitəsi ilə Suriyaya gedərək döyüşlərdə iştirak etdiyi məlum olub. B. Şahbazi Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya dəstə yaratma) maddəsinə əsasən təqsirləndirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür