Sürücü piyadanı vurarsa təqsirkar kimdir?- Şərh

2023-ci doqquz ayında Azərbaycanda 1204 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı son hesabatda qeyd olunub.
Baş verən qəzalarda 627 nəfər ölüb, 1034 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev Facebook sosial şəbəkəsində son zamanlar piyada vurması ilə nəticələnən yol nəqliyyat hadisələrinin artdığını qeyd edib.
Deputat Fazil Mustafa bildirir ki, yol nəqliyyat hadisəsi zamanı sürücünün günahı yoxdursa, həbs qəti imkan tədbirinin seçilməsi doğru deyil.
Deputatın sözlərinə görə, yaranmış problemin piyadaya aid olmayan tərəfi bəzi yollarda səkinin olmamasıdır.
"Bu məsələ sürücü və piayada arasındadır. Piyada bir çox hallarda haqlıdır. Keçid xətti ya yoxdur, ya da uzaq məsafədədir, bu zaman piyadanı ittiham etmək doğru deyil. Amma bütün hallarda dəqiq müəyyən edilməlidir ki, kimin məsuliyyəti harda daha böyük olur və məsuliyyət üzərindən də cəza təyin olunmalıdır. Burada dolaşıqlıq yaradacaq bütün maddələri bir də gözdən keçirib dəqiqləşdirmək lazımdır ki, hər hansı əmələ görə cəza tətbiq olunanda bunlar diqqətdən qaçmasın”, - deputat vurğulayıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, günah piyada olmasına baxmayaraq sürücü məsuliyyətə cəlb edilir.
"Bu gün Azərbaycanda piyada özünü maşın yolunda avtomobilin altına atsa belə, sürücü məsuliyyət daşıyır. Bu Yol Hərəkəti Haqqınd Qanuna görə, belə tənzimlənir. Azərbaycanda piyadalara üstünlük verilir. Cəzasız qalan piyadalar da bundan sui-istifadə edirlər. Biz görürük ki, 8 zolaqlı, magistral yollardan piyadalar yolu keçir və qəzaya səbəbə olur. Bu zaman da heç bir günahı olmayan sürücülər zərər çəkmiş olur. Nə qədər ki, piyadaların yol keçmələri ilə bağlı qanun pozuntusuna göz yumulacaq bu hadisələr, piyada vurmaların sayı azalmayacaq. Piyadanın ucbatından qəzaya düşən sürücülər cəzalandırılacaq.
Məsələn qonşu Rusiyada avtoban, magistral yolda, qadağan olunmuş yerlərdə, 8 zolaqlı yollarda piyada əgər bilərəkdən yolu keçirsə, qəza törədirsə, bu zaman sürücü məsuliyyətdən azad edilir və piyadanın özü məsuliyyətə cəlb edilir”, - Cəfərov əlavə edib.
Ekspert hesab edir ki, qadağan olunmuş yoldan keçən piyadalar üçün cərimələr artırılmalıdır.
"Bu gün yalnız bu 20 manatdır. Piyada da 20 manata görə risk görmür və istədiyi yerdən yolu keçir. Yol hərəkəti iştirakçılarına problemlər yaradır, qəzalara səbəb olur. Necə ki, avtomobil sürücüləri yüksək məbləğdə cərimələnir, həmin yüksək məbləğdə də piyadalar cərimələnməlidir. Qadağan olunmuş yoldan yolu keçən piyadalar ən azı 80-100 manat aralığında cərimələnməlidir ki, bir daha bunu etməsinlər. Çünki, o sadəcə qaydanı pozub yolu keçməklə canını qurtarır, amma orda qəza baş verəndə, bir neçə şəxsin ölümünə, yaralanmasına, xəsarət almasına səbəb ola bilir. Bu səbəbkarı zərərsizləşdirmək lazımdır. Bu səbəbkarın zərərszləşdirilməsi də yüksək məbləğdə cərimədən keçir”, - o qeyd edib.
Yol-nəqliyyat hadisələri üzrə ixtisaslaşmış vəkil Əli Hüseynov bildirir ki, burada məsələ sürücünün təqsirkar və təhlükə yarandığı andan hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması ilə bağlıdır.
"Fərz edək, sürücü gördü ki, piyada səkidən yoluna hərəkət hissəsinə düşdü. Bu zaman səkidən yola düşmə təhlükə anının başlangıcıdır və bu araşdırılır. Ekspertlər müəyyən etməlidirlər ki, avtomobil piyadanı vuranda hansı məsafədə olub, sürəti nə qədərdir, avtomobilin markası nədir, texniki göstəricilər piyadanın vurulduğu nöqtəyə çatana qədər hadisənin qarşısını almağa bəs edirmi?
Müəyyən edilsə ki, yox qısa məsafədən sürücü tədbir görsə də maşının çəkisi, təkərləri zavod normativləri ilə bu məsfədən saxlamaq mümükün deyil, onda sürücü təqsirkar deyil.
Hadisə zamanı maşın saxlanıla bilərsə və sürücü vaxtında tədbir görə bilməyib bu zaman o təqsirkardır”, - Hüseynov qeyd edib.
Ekspertin sözlərinə görə, piyadanın hərəkətləri yol nəqliyyat ekspertizasının tədqiqat obyekti deyil.
"Yəni ekspertlər piyadanı görürsə ki, 100 metr aralıda piayada keçidi var lakin o, oradan keçmir, bu zaman piyadanın hərəkəti araşdırılmır.Ona görə ki, ekspertiza predmeti deyil və yalnız sürücünün hərəkəti araşdırılır. Bəlkə də nəzərə alınır ki, piyada öz səhvinin bədəlini artıq öz canı, sağlamlığı ilə ödəyir. Nə olursa, piyadanın özünə olur. Lap onu araşdırdıq, buna nə ehtiyac var. Bizə maraqlı olan sürücüdür. Bəlkə elə piyada fikirli olub, ruhi xəstədir, sürücü onu vurmalı deyil ki”, - o əlavə edib.
www.anews.az
Baş verən qəzalarda 627 nəfər ölüb, 1034 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev Facebook sosial şəbəkəsində son zamanlar piyada vurması ilə nəticələnən yol nəqliyyat hadisələrinin artdığını qeyd edib.
Piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrində kim təqsirləndirilir?
"Qanunvericilikdə bununla bağlı dəyişiklik nəzərdə tutulub. Piyadananın da məsuliyyəti var, piyada nəzərdə tutulan yerdən keçməyəndə müəyyən problemlərin yaranmasına səbəb olur. Buna görə də bir çox hallarda piyadanın özü də bu məsuliyyəti daşıyır. Hansısa məqamda, elə addımlar atılmalıdır ki, kimsə hansısa bir şəkildə məsuliyyətdən kənarda qalmasın. Bu istiqamətdə qanunvericilikdə daha ciddi dəqiqləşdirmələr aparmağa ehtiyac var. Heç bir halda piyadanın məsuliyyətini sürücü daşımamalıdır. Burada beynəlxalq hüququn prinsipinə uyğun olaraq davranmaq lazımdır. İnkişaf etmiş ölkələrdə bu məsələ həllini tapıb, bizdə də ona uyğun şəkildə öz həllini tapmalıdır. Bunun adı boşluğun doldurumasıdır”, - Mustafa əlavə edib.
Deputatın sözlərinə görə, yaranmış problemin piyadaya aid olmayan tərəfi bəzi yollarda səkinin olmamasıdır.
"Bu məsələ sürücü və piayada arasındadır. Piyada bir çox hallarda haqlıdır. Keçid xətti ya yoxdur, ya da uzaq məsafədədir, bu zaman piyadanı ittiham etmək doğru deyil. Amma bütün hallarda dəqiq müəyyən edilməlidir ki, kimin məsuliyyəti harda daha böyük olur və məsuliyyət üzərindən də cəza təyin olunmalıdır. Burada dolaşıqlıq yaradacaq bütün maddələri bir də gözdən keçirib dəqiqləşdirmək lazımdır ki, hər hansı əmələ görə cəza tətbiq olunanda bunlar diqqətdən qaçmasın”, - deputat vurğulayıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, günah piyada olmasına baxmayaraq sürücü məsuliyyətə cəlb edilir.
"Bu gün Azərbaycanda piyada özünü maşın yolunda avtomobilin altına atsa belə, sürücü məsuliyyət daşıyır. Bu Yol Hərəkəti Haqqınd Qanuna görə, belə tənzimlənir. Azərbaycanda piyadalara üstünlük verilir. Cəzasız qalan piyadalar da bundan sui-istifadə edirlər. Biz görürük ki, 8 zolaqlı, magistral yollardan piyadalar yolu keçir və qəzaya səbəbə olur. Bu zaman da heç bir günahı olmayan sürücülər zərər çəkmiş olur. Nə qədər ki, piyadaların yol keçmələri ilə bağlı qanun pozuntusuna göz yumulacaq bu hadisələr, piyada vurmaların sayı azalmayacaq. Piyadanın ucbatından qəzaya düşən sürücülər cəzalandırılacaq.
Məsələn qonşu Rusiyada avtoban, magistral yolda, qadağan olunmuş yerlərdə, 8 zolaqlı yollarda piyada əgər bilərəkdən yolu keçirsə, qəza törədirsə, bu zaman sürücü məsuliyyətdən azad edilir və piyadanın özü məsuliyyətə cəlb edilir”, - Cəfərov əlavə edib.
Ekspert hesab edir ki, qadağan olunmuş yoldan keçən piyadalar üçün cərimələr artırılmalıdır.
"Bu gün yalnız bu 20 manatdır. Piyada da 20 manata görə risk görmür və istədiyi yerdən yolu keçir. Yol hərəkəti iştirakçılarına problemlər yaradır, qəzalara səbəb olur. Necə ki, avtomobil sürücüləri yüksək məbləğdə cərimələnir, həmin yüksək məbləğdə də piyadalar cərimələnməlidir. Qadağan olunmuş yoldan yolu keçən piyadalar ən azı 80-100 manat aralığında cərimələnməlidir ki, bir daha bunu etməsinlər. Çünki, o sadəcə qaydanı pozub yolu keçməklə canını qurtarır, amma orda qəza baş verəndə, bir neçə şəxsin ölümünə, yaralanmasına, xəsarət almasına səbəb ola bilir. Bu səbəbkarı zərərsizləşdirmək lazımdır. Bu səbəbkarın zərərszləşdirilməsi də yüksək məbləğdə cərimədən keçir”, - o qeyd edib.
Yol-nəqliyyat hadisələri üzrə ixtisaslaşmış vəkil Əli Hüseynov bildirir ki, burada məsələ sürücünün təqsirkar və təhlükə yarandığı andan hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması ilə bağlıdır.
"Fərz edək, sürücü gördü ki, piyada səkidən yoluna hərəkət hissəsinə düşdü. Bu zaman səkidən yola düşmə təhlükə anının başlangıcıdır və bu araşdırılır. Ekspertlər müəyyən etməlidirlər ki, avtomobil piyadanı vuranda hansı məsafədə olub, sürəti nə qədərdir, avtomobilin markası nədir, texniki göstəricilər piyadanın vurulduğu nöqtəyə çatana qədər hadisənin qarşısını almağa bəs edirmi?
Müəyyən edilsə ki, yox qısa məsafədən sürücü tədbir görsə də maşının çəkisi, təkərləri zavod normativləri ilə bu məsfədən saxlamaq mümükün deyil, onda sürücü təqsirkar deyil.
Hadisə zamanı maşın saxlanıla bilərsə və sürücü vaxtında tədbir görə bilməyib bu zaman o təqsirkardır”, - Hüseynov qeyd edib.
Ekspertin sözlərinə görə, piyadanın hərəkətləri yol nəqliyyat ekspertizasının tədqiqat obyekti deyil.
"Yəni ekspertlər piyadanı görürsə ki, 100 metr aralıda piayada keçidi var lakin o, oradan keçmir, bu zaman piyadanın hərəkəti araşdırılmır.Ona görə ki, ekspertiza predmeti deyil və yalnız sürücünün hərəkəti araşdırılır. Bəlkə də nəzərə alınır ki, piyada öz səhvinin bədəlini artıq öz canı, sağlamlığı ilə ödəyir. Nə olursa, piyadanın özünə olur. Lap onu araşdırdıq, buna nə ehtiyac var. Bizə maraqlı olan sürücüdür. Bəlkə elə piyada fikirli olub, ruhi xəstədir, sürücü onu vurmalı deyil ki”, - o əlavə edib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 