Sürücülərə şad xəbər: qalmaqallı cərimə ləğv edildi

23:18 | 17.11.2017
Sürücülərə şad xəbər: qalmaqallı cərimə ləğv edildi

Sürücülərə şad xəbər: qalmaqallı cərimə ləğv edildi

Azərbaycanda sürücülərin diqqəti yayındıra biləcək söhbətdə iştirak etdiyinə görə cəzalandırılmasını nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılıb.
 "Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Belə ki, Məcəllədən 342.1.2 maddəsi çıxarılması təklif olunub.

Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.
Layihəyə bildirilib ki, təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılıb

Bundan başqa, banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə cəzanın qanunvericilikdən çıxarılması təklif olunub.

İnzibati Xətalar Məcəlləsinin 345-ci (Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması) maddəsinin 2-ci (Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat məbləğində cərimə edilir) bəndi ləğv edilib. Bundan əlavə, maddənin adındakı "və təmiri qaydalarının pozulması” sözləri də çıxarılıb.

Layihədə qeyd olunub ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin və ehtiyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkar edilməsinə imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM