Şuşada 238 mənzillik ikinci yaşayış kompleksi tikiləcək

16:06 | 10.05.2023
Şuşada 238 mənzillik ikinci yaşayış kompleksi tikiləcək

Şuşada 238 mənzillik ikinci yaşayış kompleksi tikiləcək

Şuşada 17 korpusdan ibarət 2-ci yaşayış kompleksinin təməli qoyulub.

Şəhərin baş planına əsasən, sahəsi 4,25 hektar olan kompleksin yarısı iki otaqlı, yarısı isə üç otaqlı olmaqla 238 mənzildən ibarət olacaq.

Bu yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılacaq, istirahət guşələri, idmana, uşaqların əyləncəsinə cəlb olunacaq, genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılacaq.

Şuşada 450 mənzillik 23 evdən ibarət ilk yaşayış kompleksinin istifadəyə verilməsi 2023-cü ilin sonuna planlaşdırılır.
 
Kompleksin ümumi sahəsi 8 hektara yaxındır və burada 8 binanın tikintisinə ötən ilin iyulunda başlanılıb. 2022-ci il sentyabrın 1-dən daha 15 binanın tikintisinə start verilib. 

Kompleksin tikintisinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Yaşayış kompleksi 450 mənzildən ibarət olacaq. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır.
 
Mənzillərin əsas hissəsi məcburi köçkünlər arasında bölüşdürüləcək, mənzillərin bir hissəsi isə Şuşada çalışan işçilərin xidməti istifadəsinə veriləcək.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM