• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Şuşanın turizm paytaxt seçilməsi Qarabağa turist axınını artıracaq - İƏT

Şuşanın turizm paytaxt seçilməsi Qarabağa turist axınını artıracaq - İƏT
02.05.2024 15:24
2026-cı ildə Şuşanın turizim paytaxtı seçilməsindən sonra Qarabağın turizm potensialı artacaq. Bunu APA-ya açıqlamasında qtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm proqramı üzrə məsul şəxsi Hasan Tufan deyib. 

"Şuşanı İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrin turizm paytaxtı seçməkdə məqsədimiz bu şəhərin üzv ölkələrdə tanıdılmasını həyata keçirməkdir. O bildirib ki, daha sonra üzv ölkələr qatıldıqları turizm tədbirləri və sərgilərdə paytaxt seçilən şəhərlər barədə təbliğat aparırlar. Həmçinin 2026-cı ildə Şuşa paytaxt seçildikdən sonra Azərbaycandan bir sıra tədbirlərin orada keçirməsini istəyəcəyik. Şuşanın turizm paytaxtı elan edilməsi, ümumilikdə Qarabağın da turizm potensialını artıracaq. Qarabağın işğaldan azad edilməsi ilə bir sıra ölkələrdən, xüsusilə də Türkiyədən kifayət qədər səyyahlar, "Youtube" bloggerləri həmin ərazilərə gəlib, bölgə ilə bağlı təbliğat aparıblar", - o deyib.
 
Yanvarın 23-ü Baş nazir Əli Əsədov İslam ölkələrinin mədəniyyət paytaxtlarının "Şuşa şəbəkəsi" yaradılması ilə bağlı "Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.

Bundan əvvəl Şuşaya köçürüləcək sakinlər arasında ilkin püşkatma olub, püşkatmada iştirak etmiş ailələrin mayın əvvəllərində köçürülməsi nəzərdə tutulur. 

Bundan öncə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilkin mərhələdə Şuşaya 50 məcburi köçkün ailəsinin köçürülməsinin planlaşdırıldığını qeyd edib. Keçmiş məcburi köçkünlər Şuşada 23 binadan ibarət ilk yeni yaşayış kompleksində yerləşdiriləcək.

Prezidentinin Şuşada xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bildirib ki, "Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşada ötən ilin avqust-sentyabrdan başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.
 
Şuşa 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 2020-ci il noyabrın 8-də Azərbaycan ordusu tərəfindən azad edilib. 

Aygün


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xəzər dənizində zəlzələ baş verib
Cəmiyyət 22:34
Xəzər dənizində zəlzələ baş verib
Azərbaycana payız gəlib
Cəmiyyət 22:29
Azərbaycana payız gəlib
Dərnəgül Bazarında söküntü işlərinə başlanılıb
Cəmiyyət 21:50
Dərnəgül Bazarında söküntü işlərinə başlanılıb
Ələtdə hava limanı bu tarixdə açılacaq
Cəmiyyət 21:30
Ələtdə hava limanı bu tarixdə açılacaq
Olimpiya Stadionunun yaxınlığında qəza olub, sıxlıq yaranıb
Cəmiyyət 19:47
Olimpiya Stadionunun yaxınlığında qəza olub, sıxlıq yaranıb
Sabah İmişli və Saatlıda 2 500-dən çox abonentin qazı kəsiləcək
Cəmiyyət 19:04
Sabah İmişli və Saatlıda 2 500-dən çox abonentin qazı kəsiləcək
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Cəmiyyət 18:07
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Экстренная посадка турецкого самолета в Баку
Cəmiyyət 18:00
Экстренная посадка турецкого самолета в Баку
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Cəmiyyət 17:46
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol