Dünən Braziliya Federativ Respublikasının Rio de Janeyro şəhərində Azərbaycan Mədəniyyət Həftəsinin rəsmi açılış mərasimi keçirilib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, Rio de Janeyronun "Cidade das Artes” incəsənət mərkəzində Azərbaycan milli mətbəx nümunələrinin, Azərbaycan dünən, bu gün, sabah adlı fotosərgisinin açılışı olub.
Sərgi mərkəzin qalereyasında olub. Elə həmin mərkəzdə yerləşən "Teatro de Camera” zalında Azərbaycan incəsənət ustalarının iştirakı ilə Muğam musiqisi və milli rəqslərdən ibarət konsert proqramı təqdim olunub. Tədbiri giriş sözü ilə incəsənət mərkəzinin prezidenti cənab Emilio Kalil açıq elan edib. Daha sonra Azərbaycanın Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Elnur Sultanov çıxış edərək, tədbirin məqsədindən danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, səfirliyin təşəbbüsü və incəsənət mərkəzinin təklifi ilə keçirilən bu tədbir iki xalqın bir-birinin mədəniyyəti və adəti ilə tanış olmasına bir vasitə olacaq. İki ölkə arasındakı əlaqələrdən danışan səfir gələcək əməkdaşlıq üçün gözəl imkanlar olduğunu da vurğulayaraq tədbir iştirakçılarına xoş istirahət arzulayıb.
Daha sonra Dövlət Rəqs Ansamblının üzvlərinin iştirakı ilə Ü.Hacıbəylinin musiqisi əsasında qurulmuş Cəngi rəqsi ifa olunub. Daha sonra muğam ifaçısı xalq artisti Mənsum İbrahimovun və Arzu Əliyevanın ifasında "Şuşanın dağları", "İrəvanda xal qalmadı" mahnıları, "Dilkeş" "Bayatı-Şiraz", "Qatar" təsnifləri və s. ifa olunub. Ansamblın ifasında "Qarabağ", "Naz eləmə", "İgidlər" rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !