Şyenburq zooparkı – Habsburqlar sülaləsinin imperiya heyvanxanası – REPORTAJ

23:00 | 07.01.2016
Şyenburq zooparkı – Habsburqlar sülaləsinin imperiya heyvanxanası – REPORTAJ

Şyenburq zooparkı – Habsburqlar sülaləsinin imperiya heyvanxanası – REPORTAJ

Rüstəm Qasımov

Bu gün biz sizinlə Vyana ətrafında yerləşən Şyenburq zooparkına, məşhur Avstriya dinzastiyası olan Habsburqların saray-park kompleksinə yollanacağıq. Hələ Habsburqlar dinastiyası dövründə salınan zooloji park məhz bu parkın içində, 1752-ci ildə salınıb. Qeyd etmək yerinə düşər ki, Şyenburq zooparkı dünyanın ən qədim zooparkı hesab edilir. 

Bir az tarix barədə. Bu zooparkın ərazisində heyvanxana hələ 1570-ci ildə mövcud idi, ancaq o yalnız XVIII əsrdə, 1752-ci ildə imperator I Fransız istəyi ilə zooparka çevrildi. Zooparkın mərkəzində yemək yemək üçün ayrıca pavilyonlar mövcuddur. Sadə vətəndaşlar hələ 1779-cu ildən zooparka daxil ola bilirlər, o dövrdə giriş pulsuz idi. Bugün isə pulludur, böyüklər üçün bilet 14 avro, uşaqlar üçün 6 avro, 6 yaşına qədərlər üçünsə pulsuzdur. 
 


İmperator II İosif (1741-1790) Vyanaya müxtəlif növdə heyvanlar gətirmək üçün Afrika və Amerikaya xüsusi səyahətlər təşkil edirdi. 1828-ci ildə zooparka zürafə gətiriləndə bu, ölkə üçün çox əlamətdar hadisə idi, 1906-cı ildə isə Şyenburqda ilk fil peyda olub. 

Birinci dünya müharibəsinin başlanmasına qədər Şyenburq zooparkında 712 növdə 3500 heyvan mövcud idi. Ancaq yem çatışmazlığından qısa müddət ərzində onların sayı 900-ə endi. Zooparka ən böyük ziyan isə II Dünya Müharibəsində dəyib, bombardmanlar nəticəsində heyvanların sayı 400-ə endi, binalara ziyan dəydi. 1980-cı illərdə zoopark maliyyə böhranı yaşayıb, 1992-ci ildə isə özəlləşdirilib. 

Qeyd etmək yerinə düşər ki, Şyenburq zooparkı dünyada tək-tük zooparklardan biridir ki, burada böyük pandalar yaşayır. 23 avqust 2007-ci il tarixində Avropada ilk panda burada doğulub. 
 


Zooparka səyahət məhz böyük pandaların saxlanıldığı volyerlərdən başalyır. Parkın ərazisini gəzmək üçün sizə bir neçə saat vaxt lazım olacaq. 

Fillər bu zooparkın yaraşığı sayılır. Ziyarətçilərin çoxu adətən məhz filləri görmək arzusunda olurlar. 

Fillərdən başqa, arktika sakinləri də zooparkda çox məşhurdurlar. İlk növbədə əlbəttə ki, ağ ayı, o öz ərazisini patrul ellədiyinə görə daim hərəkət halındadır. 

Pinqvinlər ailəsinin ən irisi sayılan imperator pinqvinlərinə baxmaq da burada xüsusi zövq mənbəyidir. Onlar hərəkətsiz dayandıqlarından, heykəllərə bənzəyirlər. 
 


Zooparkda ziyarətçilərin istirahəti ən xırda detallara qədər hesablanıb, attraksionlar və xüsusi böyük meydançalar balacaların ixtiyarındadır. Burada həmçinin restoran və kafe də fəaliyyət göstərir. Zooparkda ideal dizayn fikirləşən dizaynerlərin işi xüsusilə alqışa layiqdir, burada hər şey yerindədir. 

Zooparkın ən hündür yerinə çatanda buradan açılan mənzərədən zövq almaq sizin ürəyinizcə olacaq. 

Əgər siz sualtı dünyanı sevənsinizsə, zooparkın ərazisindəki xüsusi məkana mütləq baş çəkməlisiniz. Burada quraşdırılan akvariumda istənilən növdəki balıq və bitkini görməyə şərait yaradır.
 


Akvariumdan çıxandan sonra isə terrariuma gedə bilərsiniz, burada müxtəlif növdə kərtənkələlər, ilanlar, tısbağalar və timsahlar saxlanılır. 

Məndə xüsusi marağı tropik bitkiləri olan akvarium yaratdı, burada xüsusi havalandırma yoluyla mikroklimat yaradılmışdı. 

Səyahətimizin sonunda qeyd eləyə bilərəm ki, Şyonburq zooparkında heyvanlar hallarından xeyli məmnun görünürlər, onlara burada çox yaxşı qulluq edilir. Buran sakinlərinə müxtəlif özəl və korporativ müəssisələr sponsorluq edir. Zoopark gecə və uşaqlar üçün daxil olmaqla müntəzəm ekskursiyalar təşkil edir. 

Bizim də Şyenburq zooparkına səyahətimiz sona çatır. Sonda oxucularımıza bu maraqlı məkanda çəkdiyimiz fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 

























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM