• $
  • €
  • ₽
  • ₺
  • £

Tahir Gözəl: "Qarabağ" adı bizi daha məsuliyyətli olmağa vadar etdi"

Tahir Gözəl:
26.02.2021 21:00
"Bu gün Azərbaycan tarixinin unudulmaz yarası, azərbaycanlıların soyqırımının törədildiyi Xocalı hadisələrindən 29 il keçir. Biz Qarabağ barəsində fikir bildirməyə çətinlik çəkirdik. Başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, Azərbaycan ordusunun şanlı qələbəsi sayəsində bu gün azad Qarabağdan qürurla danışırıq. Artıq o torpaqlara qayıtmışıq".

Bu fikirləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında Xocalı faciəsinin 29-cu ildönümü barədə danışarkən deyib.

Türkiyəli funksioner bildirib ki, hər zaman klub olaraq fərqli missiya daşıdıqlarının fərqində olublar: "İşğal dönəmində "Qarabağ” məcburi köçkünlərimizin Qarabağ sevdasının təsəllisi oldu. "Qarabağ” adı bizi daha məsuliyyətli olmağa vadar etdi. Cənab Prezidentimizin "Qarabağ Azərbaycandır!” çağırışının təbliğatçısı olmaqdan qürur duyuruq. Şükürlər olsun ki, 2020-ci il şanlı Zəfərimizlə yadda qaldı. Daha əvvəl "Qarabağ”ın kuboklarını azad Ağdama, azad Qarabağa aparmaq qismət olsun” arzusu ilə danışırdıqsa, bu gün arzumuz dəyişib. Artıq abad Qarabağa tezliklə getmək haqqında düşünürük. Ali Baş Komandanın güclü siyasəti, müdrikliyi və səbri, Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti, fədakarlığı, verdiyimiz şəhidlər və itkilər hesabına bu arzumuz gerçək oldu".

T.Gözəl 29 il əvvəl yaşanmış, bəşər tarixinin ən dəhşətli faciələrindən birini heç vaxt unutmayacaqlarını söyləyib: "1992-ci il fevralın 26-na keçən gecə Xocalıda başlayan soyqırımda 613 günahsız insanın, özü də cavan-qoca, uşaq-qadın fərqi qoymadan vəhşicəsinə qətlə yetirilməsi, 100 ailənin tamamilə məhv edilməsini yaddan çıxara bilmərik. Bir daha vurğulayıram ki, bu, tək Azərbaycanın deyil, bəşəriyyətin faciəsidir. Şəhidlərimizi ehtiramla yad edirik.
 
Xocalıda baş verənlərə biganə qalmaq utancvericidir. Hər birimiz insanıq, yaradılış qayəmizdə qan tökmək, pislik etmək yoxdur. Tarixi yaşatmaq, tarix üçün şəhid düşənlərin xatirələrinin yaşadılması uğrunda hər birimizin üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməliyik. Xocalıda yaşananları hər kəs düşünməlidir. Ümid edirəm ki, dünya dövlətləri Xocalıda baş verənlərə hüquqi qiyməti verəcək. Tarixdə bir daha belə faciələr yaşanmaması arzusu ilə...".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb
İdman 11:38
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb

“Sabah”ın oyununa 45 min bilet satılıb
İdman 16:29
“Sabah”ın oyununa 45 min bilet satılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
İdman 17:01
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
İdman 09:15
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
"Fənərbaxça" Bakıya gəlib
İdman 19:26
"Fənərbaxça" Bakıya gəlib
Azərbaycan millisi Lixtenşteynlə heç-heçə edib - Yenilənib
İdman 21:54
Azərbaycan millisi Lixtenşteynlə heç-heçə edib - Yenilənib
İlham Əliyev FIFA prezidenti Canni İnfantinonu qəbul edib
İdman 12:23
İlham Əliyev FIFA prezidenti Canni İnfantinonu qəbul edib
Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
İdman 19:00
Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
Rassellin Bakıdakı qələbəsi "Formula-1" tarixində ən yaxın finişlərdən biridir
İdman 21:55
Rassellin Bakıdakı qələbəsi "Formula-1" tarixində ən yaxın finişlərdən biridir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol