Milli Məclisin deputatı Tahir Kərimli müxalifət partiyalarını bir yerdə birləşməyə çağırıb. Bu barədə deputat oktyabrın 17-də Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.
"Böyük bir qələbə qazanmışıq. Düşünürəm mənim partiyamın müxalifətçiliyə haqqı varmı? Biz bu qədər problemləri təmin etmişiksə, digər məsələlərdə də prezidentin yanında olduq. Nə üçün aqresiya üzərində köklənək? Nə üçün bir-birimizə məsləhət verməyək? Bu müxalifət partiyaları axı sizdə olan aqresiya nədir?Ancaq qara nöqtələri görürsünüz. Sizi bir yerdə olmağa,sevgiyə,birləşməyə,nifrətdən uaq durmağa çağırıram", - deputat çıxışında söyləyib.
Tahir Kərimli deputat olmaqla yanaşı, həm də Vəhdət Partiyasının qurucusu və sədridir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !