Tahir Tağızadə: Əgər britaniyalıların həqiqi dostu olsan, onlar sənə... - MÜSAHİBƏ

12:15 | 22.04.2015
Tahir Tağızadə: Əgər  britaniyalıların həqiqi  dostu olsan, onlar  sənə... - MÜSAHİBƏ

Tahir Tağızadə: Əgər britaniyalıların həqiqi dostu olsan, onlar sənə... - MÜSAHİBƏ

Rüstəm Qasımov 
 
Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə ilə müsahibə 

Bizim söhbətimiz rəsmi xarakterli olsa da, kifayət qədər dostyana abu-havada keçdi. Tahir müəllim bizə özünün karyerasında və həyatındakı əsas məqamları, Britaniya və Azərbaycan arasındakı münasibətlərin durumu və necə səfir təyin olunması barəsində danışdı. Tağızadə Azərbaycanın Britaniyadakı səfirliyinin fəaliyyəti, onun səfir olduğu müddətdə gördüyü işlər və gələcək planlarından bəhs etdi.

Həmin müsahibəni oxuculara təqdim edirik: 

- Tahir müəllim, xahiş edirəm özünüzün diplomat karyeranızın tarixçəsindən danışasınız... 

-  Ən əvvəl ondan başlayım ki, iki növ səfir olur - siyasi təyinatı olanlar və karyera xarakterli. Mən məhz ikinci kateqoriya səfiriyəm, yəni "karyera diplomatı”. Bu kateqoriyadan olanlar özündə təkcə professionalizmi deyil, həm də müəyyən hazırlığı nəzərdə tutur. Bakıda 189 saylı məktəbi bitirdikdən sonra Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinə (Qərb üzrə) daxil oldum. 1989-cu ildə oranı fərqlənmə ilə bitirdim. Mən ixtisaslaşdığım dövlət Çexiya və Slovakiya idi. Hazırda orada iki müstəqil dövlət var. Mən bohemistəm (yəni Çexiya filalogiyası ilə bağlı mütəxəsis). Bundan başqa mən mədəniyyət, tarix və digər sahələr üzrə ixtisaslaşmışam. Bundan sonra mən 1989-1990-cı illər arasında SSRİ-nin XİN-də təcrübə keçmişəm.  

Daha sonra 5 il ərzində (1990-1995) referent və attaşe kimi çalışmış, daha sonra isə Brno-da  (hazırkı Çexiya) əsas konsulluqda 3-cü dərəcəli katib olmuşam.  Əvvələr Sovet konsulluğunda çalışmışam, daha sonra isə bura Rusiya konsulluğuna çevrildi. Bundan sonra mən bir neçə dəfə Bakıya məktub yazdım ki, öz ölkəmin xeyri üçün Azərbaycanda çalışmaq istəyirəm. Amma necə deyərlər, bu alınmadı və mən 5 il (1995-ci ilə kimi) Brnoda qalmalı oldum. 

RF-nın o zamankı XİN-də belə bir qayda var idi: SSRİ-nin xaricdə işləmək üçün ezam olunmuş və onu təmsil edən keçmiş vətəndaşları ezamiyyətləri başa çatana kimi Rusiya Federasiyasının vətəndaşları hesab olunur.  
Bu zaman sual çıxdı, "daha sonra nə etməli?” və mən düşünmədən əşyalarımı toplayıb Bakıya döndüm. Rusiya vətəndaşı olmağa can atmırdım, çünki mən Azərbaycana qayıtmaq istəyirdim.  Bu "inamın sırayışı” idi. Beləliklə, mən 1996-cı ildən Avropa, ABŞ və Kanada üzrə Azərbaycan XİN-də ikinci katib vəzifəsi tutdum. 

Bir ildən sonra mən, Azəbaycanın ABŞ-dakı səfirliyində ikinci katib, daha sonra birinci katib və sonda səfirliyin məsləhətçisi oldum. Beləliklə, ABŞ-da 2005-ci ilə kimi çalışdım. Bir az keçmiş XİN-nin Məlumat siyasəti və Çap işləri üzrə rəhbəri təyin olundum. Bu mənim üçün çox maraqlı idi, çünki o vaxta kimi mətbuatla canlı işləməmişdim. 

Maraqlı anlar da olub, amma bu müddət ərzində operativ və vicdanlı işləməyə çalışmışam. Buna görə məni Azərbaycan mətbuatının yaradıcısı Həsən bəy Zərdabi mükafatına layiq gördülər.  

- Bundan sonra isə siz Azərbaycan Respublikasını təmsil edən səfir oldunuz, eləmi? 

- Bəli. Cənab prezident İlham Əliyevin 22 fevral 2007-ci il sərəncamı ilə mən Azərbaycanın Çexiyada səfiri oldum. Bu çox şərəfli idi, çünki birincisi bu etimad demək idi, ikincisi isə general olmaq istəməyən əsgər pis əsgər olduğu kimi, səfir olmağa can atmayan diplomat da pis diplomatdır.   O dövrdə Çexiya ilə Azərbaycanın münasibəti sıfır səviyyəsində idi. Bu əlaqələr sadəcə xarici işlər nazirlərinin müavinləri səviyəsində idi. Bundan başqa çoxtərəfli əlaqələr zəif idi. Buna görə bizim qarşımızda bu münasibətləri daha yuxarı səviyyəyə daşımaq dururdu. Bu isə ciddi və çoxşaxəli fəaliyyət tələb edirdi. 

- Amma sizin Çexiyada səfir təyin olunmağınızdan sonra iki ölkə arasındakı münasibətlər inanılmaz sürətlə inkişaf etməyə başladı...
 
- Xoş sözlər üçün çox sağolun. Çexiyada 7 il işlədim və bu müddət ərzində gəldiyimiz səviyyə haqqında danışmaq istəyirəm. Dövlətlərarası əməkdaşlıqla bağlı hərtərəfli müqavilə imzalandı. Bu müqavilə siyasi əməkdaşlıqdan tutmuş, mədəni əməkdaşlığı da əhatə edirdi. Hökümətlərarası komissiya yaradıldı. İki ölkə arasındakı ticarət 200 millyondan 1,6 milyard dollara qədər yüksələrək bütün gözləntiləri üstələdi. Xoşagələn məqam o idi ki, bu dövriyyənin 1,3 milyard dolları enerji resurslarının alqı-satısı ilə bağlı idisə, qalan 300 milyon dolları isə digər sahələri əhatə edirdi. Buraya texnologiya, ərzaq məhsulları, dərman ticarəti. turizim və digər başqa sahələr daxil idi. Məsələn, təhsil sahəsində uğurlar əldə olundu. Azərbaycan Diplomatik Akademiyasına oxumağa gələn ilk avropalı tələbələr çexiyalı idi. Çexiya və Azərbaycan arasındakı münasibətlər inkişaf edirdi. 

- Siz bu münasibətlərin əsas məqamları haqqında danışa bilərsinizmi? Azərbaycan-Çexiya arasındakı münasibətlər hansı səviyyəyə qalxdı? 

- Həm Çexiya, eləcədə Avropanın bəzi ölkələrində və Amerika daxil xarici partniyor dövlətlərin müəyyən qradasiyası var. Əvvəllər Azərbaycan Çexiya üçün "marağın olduğu ölkələr” sırasında idi. Daha sonr biz "partniyor”, bir az keçmiş  "strateji partniyor” olduq. Çexiyanın indiki prezidenti Miloş Zeman prezident seçildikdən sonrakı müsahibələrinin birində Azərbaycanın Çexiya üçün "strateji partniyoru” olduğunu vurğuladı. Bu o deməkdir ki, iki ölkə arasında münasibətlər ən yüksək səviyyəyə - strateji partnyorluq səviyyəsinə qalxıb.  Sürətlə yüksələn xətt üzrə davam edən əməkdaşlığın nəticələrindən biri o oldu ki, Çexiya parlamentinin xarici əlaqələr komitəsi Xocalıda dinc əhalinin erməni hərbçiləri tərəfindən vəhşiliklə qətlə yetirilməsi, Azərbaycan xalqının başına gətirilmiş faciə ilə bağlı qətnamə qəbul etdi. Sənədin dili yoxdur, onun Avropa Birliyi və NATO-nun üzv ölkəsində yaranması faktı önəmlidir. 

- Erməni terrorçuları tərəfindən törədilmiş bu vəhşilik həmin sənəddə necə adlandırılıb? Genosid? 

- Avropa Birliyi ölkələrinin dilindən nəinki ətrafında qızğın müzakirə və mübahisələrin getdiyi "genosid” sözünün alınması, eləcə də "kütləvi qətliam” sözünün qopardılması çox çətindir.  Bu sənəddə "genosid aktı” termini öz əksini tapıb ki, bu da çox vacibdir. Onu da vurğulayım ki, Çexiya mənim üçün doğma vətəndir və  bu sözü də deməkdən çəkinmirəm. Orada işləmək mənim üçün çox xoş idi. Mən həmin ölkəni öz vəzifə borcumu yerinə yetirdiyim üçün razı şəkildə, amma bir az da kədərlə tərk etdim, çünki yeddi il bir yerdə işləmək və sonra həmin yeri tərk etmək asan deyil, insanın yaddaşına da həkk olur.  

- Amma sizin xidmətlər layiqincə dəyərləndirildi və sizi Britaniyaya səfir təyin etdilər...
 
- Azərbaycanı istənilən yerdə təmsil etmək şərəfli və məsuliyyətli işdir. Ümumiyyətlə, Londona səfir göndərilən adamlar ya vaxtilə yüksək vəzifə tutublar, ya da buna namizəd olublar. Praj dipkorpusda mənim kolleqalarım bu sualı verəndə demişdim ki, "bu parallelər mənə aid deyil, mən ora sadəcə işləməyə gedirəm”.

- Amma kim bilir, sabah nə olacaq...

- Gecə yatarkən sabah nə olacağını düşünən adamlardan deyiləm. Onlar səhər yuxudan duranda arzularının yerinə yetib-yetmədiyinə baxırlar. Atamın xeyli yaxşı sözləri var və bu söz hələ uşaqlıqdan yadımda qalıb: "Öz işini bilməyən rəhbər olmaqdansa, işini bilən və istedadlı süpürgəçi olmaq yaxşıdır” (gülür) 

- Siz dumanlı Albonda fəaliyyətinizə nə zaman başladınız? 

- Londona keçən ilin iyul ayında gəlmişəm, amma diplomatik etibarnaməni mənə yarım il bundan əvvəl veriblər. Azərbaycan-Britaniya arasında diplomatik münasibətləri yenidən qurmağa ehtiyac yoxdur, o artıq hərəkətə gəlmiş mühərrik kimi işləyir. Daha dəqiq, bu dəmir xəttləri çoxdan çəkilmiş bir lokomotivdir. Bizim məqsədimiz həmin bu qatarın dayanmamasını təmin etmək və sürətini daha da artırmasına töhvə verməkdir. Bizim ölkələr üçün əsas məsələ hər iki ölkənin iqtisadi və siyasi olaraq qarşılıqlı  əməkdaşlığıdır. Yeri gəlmişkən, İngiltərəyə gəldikdə məni xoş mənada heyrətə salan nəsə oldu. 

- Maraqlıdır, sizin kimi yüksək səviyyəli diplomata maraqlı gələn nə idi?  

- Məsələ bundadır ki, ingilislərdə belə bir steorotip var ki, onlar həmişə öz fikirlərində qalırlar və heç zaman onu dəyişmirlər, bu onların mühafizəkarlığından irəli gəlir. Amma hər şeydə bir istisna var. Məsələn, siz əgər öz fikrinizi lazımi qədər sübut edə bilsəniz, onlar sizin fikirləri anlayır və qəbul edirlər. Bu mənada siz onların anlayışlı olmalarına  güvənə bilərsiniz. Buna mən Azərbaycanla qeyri-neft sahələri üzrə bəzi şirkətlər arasında müqavilələrin bağlanmasına onları inandırdıqda əmin oldum.  Əlbəttə ki, burda heç kim sizə kimsə sabah alınmayacaq işlərlə bağlı söz  verməz. Britaniyalılar çox tez-tez "baxarıq” deyirlər. Daha dəqiq, sizin təklifə hər zaman baxacaqlar və mütləq sizə cavabını deyəcəklər. İngilislərdə mənim xoşuma gələn cəhəd odur ki, onlarla danışıq apardıqda oturub nəticəsinin nə olacağı ilə bağlı falçılıq etməyə gərək olmur. 

- Yəqin ki, sizə bu sualı çox veriblər, amma mən yenə də soruşum: Nə üçün Britaniya Azərbaycanın əsas partniyorlarından biri hesab olunur? 

- Elədir ki var, mənə bu sualı çox veriblər. Bunun 4 əsas səbəbini deyim. Birincisi, iki ölkə arasında olan tarixi bağlar. Mən tarixin dərinliklərinə getməyəcəm, amma 20-ci əsrin əvvəllərində ADR ilə olan əməkdaşlığı misal çəkmək kifayətdir. İkincisi, dünyanın bəzi güclü dövlətlərinin daxilində olan anti-Azərbaycan əhval-ruhiyyəsi britaniyalılarda heç zaman olmayıb. Daha dəqiq demək lazımdırsa, erməni diasporası Britaniyanın xarici siyasətinə təsir etmir. Üçüncüsü, dünyanın bəzi dövlətlərindən fərqli olaraq, Britaniyanın qanunvericiliyində Azərbaycana qarşı münasibəti pozacaq element yoxdur.  Bunu deməklə onu nəzərdə tuturam ki, Britaniya heç bir zaman Aərbaycana qarşı diskriminativ qanun qəbul etməyib. Dördüncüsü, Britaniya hər zaman regionla bağlı siyasi, iqtisadi, hərbi və təhlükəsizlik məsələlərində maraqlarını bir-birinə qarşıdırmayıb. Onlar üçün bu anlayışlar dəqiq müəyyən edilib. 

Qeyd etdiyim kimi, əsas məqsəd hər iki ölkə arasında qeyri-neft sahəsinin inkişafına nail olmaqdır. Azərbaycanın enerji sərvətlərinə gəldikdə, düşünürəm ki, burada hər bir məsələ aydındır. Britaniyanın Azərbaycana ən çox investitsiya qoyan ölkə olması faktı inkar edilmir. Təsadüfi deyil ki, prezident Heydər Əliyevin dönəmində bağlanmış "Əsrin Müqaviləsi” hər iki ölkə arasında daha geniş maştablı əməkdaşlığın yaranması üçün zəmin yaratdı. İlham Əliyevin siyasəti nəticəsinə Bakı-London arasında münasibətlər daha da möhkəmləndi .

- Sizin də qeyd etdiyiniz kimi, ölkələr arasındakı iqtisadi əməkdaşlığn uzun tarixi var.  Qeyri-neft sahəsi haqqında daha ətraflı danışa bilərsinizmi? 

- Bu çox maraqlı sualdır, çünki biz bu günlərdə qeyr-neft sektorunun inkişafında maraqlıyıq. Ölkənin iqtisadiyyatı hər tərəfli inkişaf etməlidir ki, o güclü və möhkəm əsaslı olsun. Bu günlərdə elə layihələr işlənib hazırlanmaqdadır ki, onların neftə ya aydiyyatı yoxdur, ya da onunla çox az əlaqəlidir. Bu günlərdə gəmiçiliklə bağlı yaxşı işlər görülməkdədir. Alyat portunun sayəsində  biz infrastruktur və lojistik məsələlərlə bağlı çoxlu təşəbüslərin şahidi oluruq.  Məsələn, bu illərdə baş tutacaq çox əhəmiyyətli Avropa Oyunlarını götürək. Avropa Oyunları ilə bağlı komitənin rəhbəri London Olimpiya Oyunları üzrə Komitənin başçısı Saymon Kleqdir. BEQOK-un bir çox əməkdaşları Britaniya Olimpiya Komtəsində çalışıblar. 

Birləşmiş Krallığın oyunlarda iştirakı (yəni təşkilatı işlərdə oynadıqları rolu nəzərdə tuturam) maddi xaraketli deyil. Onların sayəsində biz təcrübə toplayırıq və bu təcrübə gələcəkdə ölkəmizə xeyir verəcək. Bir sözlə bu "know-how”-dur. Çox xoş bir durum yaranıb əslində: britaniyalılar bildiklərin bölüşür, azərbaycanlılar isə bu təcrübədən yararlanır. Sonda hökumətlərarası komitənin yaradılması ilə bağlı yekunlaşmış qərar barədə danışmaq istəyirəm. Bu tip orqanları britaniyalılar elə də həvəslə yaratmırlar. Bu Azərbaycan-Britaniya arasında əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir. 

- Mən Londonda səfərdə olanda turizmin necə inkişaf etdiyinin şahidi oldum. İnsanlar 30 dollar və daha yuxarı olan atraksionların qarşısında növbədə durur, muzey və qalereyalarda isə bir qələbəlik müşahidə edilir. Necə düşünürsüz, britaniyalıların bu sahədə təcrübəsi bizə faydalı ola bilərmi?
  
- Bu təcrübə bizə çox lazımlı olacaq. Ancaq ilkin olaraq deyim ki, bizim üçün daha çox Çexiya təcrübəsi faydalıdır, çünki britaniyalıların sistemi tamamilə fərqli və əsrlərin ənənəsinə dayanır. Ölkəmizin indiki inkişaf səviyyəsini nəzərə alsaq, düşünürəm ki, Çexiyanın təcrübəsi bizim üçün daha faydalı olar. Azərbaycanın elə müsbət cəhdləri var ki, bu nə Britaniya, nə də Çexiyada var. Bu bizim ölkənin unikal ərazidə və çoxqurşaqlı zonada yerləşməsidir. Belə bir statistika var ki, Çexiyada böhrandan əvvəl, əhalinin sayı 9 milyon olarkən ora gələn turistlərin sayı 27 milyon olub. Əminəm ki, ölkə rəhbərliyinin bu sahəyə diqqət ayırması gələcəkdə Azərbaycanın turizim imkanının artmasına səbəb olacaq. Ölkənin şimal zonasında dağ xizəkçiliyi mərkəzinin yaradılması və infrastruktur layihələri məhz bu inkişafın göstəricisidir. Amma unutmaq lazım deyil ki, SSRİ dağıldıqdan sonra Azərbaycan çox ağır tarixi dövrdən keçdi. Bu dövr ölkənin inkişafına ciddi əngəl yaratdı. Yalnız indilərdə ölkəmizin bütün potensialı ortaya çıxmaqdadır. 

Amma tale elə gətirib ki, Azərbaycan Qafqazda turizmi ən çox inkişaf etdirmək imkanı qazanıb. Bunun üçün bizdə hər şey var. Çexiya parlamentinin geniş heyətli səfəri zamanı onlara "Atəşgah” və Qız qalası göstərilməsini yaxşı xatırlayıram. Bu binaların nə zaman tikilməsi ilə bağlı bilgi verərkən onların təpkisi çox maraqlı oldu: "Həmin zamanlarda bizdə bir dənədə olsun birləşmiş dövlət yox idi, insanlar tayfa-klan formasında yaşayırdılar, siz də isə sivilizasiya varmış”. Əlbəttə ki, bu zarafatla deyilmişdi, amma hər zarafatın yarısı həqiqətdir (gülür).

Britaniya təcrübəsinə gəldikdə deyim ki, o birmənalı faydalıdır və hətta biz hazırda onun müsbət nəticələrin görməkdəyik. Hazırda kitabxanaçılıq, ümumi təhsil, muzeylər səviyyəsində müqavilələr imzalanır. Bu isə ölkəyə turist axınını təmin etmək üçün ilkin şərtlərdir. Bizim ölkənin turistləri mədəni, turistik, kitab yarmarkaların və digər tədbirlərə daimi olaraq baş çəkməkdədir. 

- Necə düşünürsüz, Avropa Oyunlarının keçirilməsi ölkəmizdə turizmin inkişafına təkan ola bilər? 

- Düşünürəm ki, bu oyunlar bir neçə sahədə faydasını göstərəcək: ölkəmizdə professional idman hərəkatının inkişafına təkan verəcək, sosial və idman strukturlarının inkişafına yardımçı olacaq, Azərbaycanın regionda lider ölkə olduğu imicini möhkəmləndirəcək və regionun ümumilikdə "vizit kartına” yaxşı yatırım olacaq. Hesab edirəm ki, bu yarışdan əldə olunacaq təcrübə "Formula 1” , İslam Oyunları, Şahmat Olimpiadasının və digər beynəlxalq yarışların keçirilməsində əvəzsiz rol oynayacaq.  Şəxsən mənim ən xoşuma gələn, bizim xalqın bu məsələdə göstərdiyi entuziyazımdır. Bu mənada düşünürəm ki, ölkəmizə çoxlu turist gələcək, bu isə turizmin inkişafı və büdcənin doldurulması deməkdir.  

- O zaman sual ortaya çıxır: Britaniyada 2015 Avropa oyunları ilə bağlı təbliğat gedirmi?  

- Əlbəttə gedir, çünki Britaniya "bazarı” bu mənada əsas rollardan birini oynayır. İşin əsas hissəsini BEQOK görür. Propaqanda işinə isə biz baxırıq. Artıq yarım ildir ki, biz müxtəlif informasiya kanalları vasitəsi (The Huffington Post», «The Independent», «Guardian», «ВВС», «Financial Times»  və s.) ilə Avropa Oyunlarının tanıdılması ilə məşğuluq. Azərbaycan səfirliyi bu yarışın propaqandası ilə yanaşı Azərbaycan xalqının unikal keyfiyyəti olan tolerantlıq, sosial və dini modeli ilə bağlı da məlumatlar yayır.  Britaniya kanallarında bununla bağlı verilişlər gedir. "Avropa 2015” in əsas reklamı BBC kanalında  nümayiş olunur. Məhz bu kanal tədbirin açılışını canlı yayımlayacaq. 

- Necə düşünürsüz, Avropa Oyunlarına çoxmu britaniyalı gələcək? 

- Mən hazırda sizə rəsmi deleqasiyanın sayını dəqiq deyə bilmərəm, çünki 2015-ci ildə Britaniyada parlament seçkiləri olacaq. Ona görə iyun ayında hansı hökumətin qurulacağını demək çətindir. Amma! Bakıya gələcək britaniyalıların sayı çox olacaq. Qeyd edim ki, bir il ərzində Azərbaycan səfirliyi 10 mindən çox viza verir. Bir faktı deyim ki, əgər əvvəllər Azərbaycana gələnlərin 95 faizi biznes üçün gəlirdilərsə, hazırda müxtəlif turizimlə bağlı gələnlərin sayı 10-15 faizdir. Bu sevindirici haldır.  

- Gəlin bir az da, Britaniyada yaşayan azərbaycanlılar haqqında danışaq. Bizim diaspora necə çalışır? 

- Çexiyadan fərqli olaraq burada hər şey dəqiq müəyyən edilib. Əgər Çexiyada "Azərçex” bütün işlərlə məşğul idisə, burada hər kəs spesifik olaraq bir sahə üzrə çalışır. Məsələn burada AZAL-ın, Azərbaycan Beynəlxalq Bankın və s. nümayəndəliyi var. Britaniya-Azərbaycan qeyri-hökümət təşkilatları da, Britaniyanın xaricində eyni prinsiplə çalışır. Məsələn, professor Nərgiz Paşayeva və lord Germanın rəhbərliyi altında, Britaniya-Azərbaycan ictimai birliyi  mədəni, təhsil, qeyri-siyasi əlaqələrin inkişafı üçün çox böyük işlər görürlər. Bundan başqa parlamentlər arası komissiya var ki, o da hər iki ölkənin parlament institutları ilə əlaqələrin inkişafına böyük töhvə verir.  Bundan əlavə «Conservative Friends of Azerbaijan» adı altında Lordlar Palatası qrupu var. Mən bir layihəni axıra çatdıra bildim və yaxın tarixdə «Labour Friends of Azerbaijan» adlı qrup da yaradılacaq. Hökumətlərarası komissiya ölkələr arasında iqtisadi əlaqələrin inkişafına fikir verəcək. Başqa sözlə hər kəs öz işini görür və görməyə davam edəcək. 

Bu mənada eyni prosesi diasporda da müşahidə etmək olar. Məsələn, bir qrup var ki, insanlar arası əlaqələrin yaranmasına kömək edir. Bu təşkilatı Britaniyada təhsil almış azərbaycanlı hüquq tələbələri yaradıb. Qeyd edim ki, hətta diasporun  daxilində də müxtəlif istiqamətlər üzrə ixtisaslaşma gedir. Bu Britaniyanın oyun qaydasıdır və bu mənim çox xoşuma gəlir, çünki hər hansı ekstremal durum yarandıqda kimə müraciət etmək lazım olduğunu fikirləşməyə ehtiac olmur. Bu iş prosesini çox asanlaşdırır. 

- Siz Britaniyada yaşayan azərbaycanlılar və xüsusən də tələbələr ilə necə əlaqə qurursunuz? 

- Hazırda Britaniyada beş yüzdən çox tələbəmiz təhsil alır. Azərbaycan müstəqillik aldıqdan bəri Britaniyada təhil almış insanların sayı 6 mini ötüb. Razılaşın ki, bu artıq yaxşı rəqəmdir, deyilmi?! Onlardan böyük bir qismi hazırda Britaniyada çalışır, amma qalanları Azərbaycanda işləyir. Britaniyaya gəldikdən bəri müxtəlif formatlar çərçivəsində ən azı 25 dəfə tələbələrlə görüşmüşəm. Əlbəttə , hər birinin öz işi ilə məşğul olduğunu görmək sevindiricidir, amma onlar həm də ictima işlərlər məşğuldur və Xocalıda olan genosidi və "Qara Yanvar”a həsr olunmuş tədbirlər bunlara misaldır. Amma çox vacibdir ki, bu insanların işləri koordinasiya olunsun və birgə böyük işlər görsünlər. Məsələn, Çexiyada buna nail olmuşuq.  

- Sizin sözünüzdən belə çıxır ki, Britaniyada belə bir koordinasiya şəbəkəsi olmayıb? 

- Bu son dövrlərə qədər olmayıb. Apreldə Britaniya-Azərbaycan tələbə şəbəkəsi yaradılıb.Beləliklə , Britaniyada təhsil alan azərbaycanlılardan ibarət olan Azərbaycan tələbə birliyi və təşkilatları birləşdilər və öz işlərini koordinasiya etməyə başladılar. Tələbələr bir-biri ilə əlaqə qurmaq imkanına sahib oldular, bu isə onların işini daha da effektli etdi.   

- Əgər Avropaya inteqrasiya məsələsinə toxunsaq, ingilislərdən bu mənada nə götürmək olar? 

- Çexiyada olduğu kimi Britaniyada da çox ciddi mübahisələr doğuran sual ortaya çıxır – milli kimlik və Avropa dəyərləri. Bir sözlər, sərhədləri tez bir zamanda yoxa çıxardan qloballaşmanın fonunda milli kimliyin qorunması problemi. Bu mənada düşünürəm ki, biz Britaniyaya digər Avropa ölkələrindən daha yaxınıq, çünki britaniyalılar Avropaya inteqrasiya olduqda belə öz kimliklərini qoruyub saxlaya biliblər. Onların valyutası, viza siyasəti və digər elementlə buna sübutdur.  İstənilən seçki öncəsi prosesdə britaniyalılar milli kimliyi qorumağı ön plana çəkirlər. Bu məsələdə Britaniya Krallığının Azadlıq Partiyası mühafizəkarları uda bildi və seçkidə qalib oldu. Hesab edirəm ki, bu mənada bir-birimizdən öyrənə bilərik.  Azərbaycan bu mənada gözəl nümunədir, belə ki, sovetləşmə və ruslaşdırma dönəmində azərbaycanlılar öz "mən”lərini və milli kimliyini qoruya bildilər. Dəyişikliyi gənclərdə də görmək mümkündür. Rus dilinə münasibətin dəyişdiyini görmək olur. Rus dili tədris olunsa da, Azərbaycan dili artıq gənclər arasında əsas ünsiyyət vasitəsidir. 

- Əgər dünyabaxışını götürsək, bu mənada bizim xalq nə ilə fərqlənir? 

- Təbii ki, konseptual planda biz bir-birimizdən çox fərqlənirik. Bir gün mənim ən yaxın dostum, Çexiyanın aşağı palatasının vitse-spikeri, Britaniyada oxuyarkən başına gəlmiş bir maraqlı tarixçəni danışdı: əgər sən britaniyalının həqiqi dostu olarsansa, o sənə görə hər şeyi – işini, aləsini, həyatını və s. – qurban verər. Əlbəttə ki, bu zarafatdır (gülür). Ciddi danışsaq, biz fərqliyik. Əgər bizə qonaq gəlirsə, biz masaya ən yaxşı yeməkləri və içkiləri qoyuruq. Qonaq bizdə sanki ev sahibidir. İngilislərdə qonağın gəlməsinə sevinirlər, amma ona hər zaman sadəcə qonaq olduğunu xatırladırlar. Qaydalarda istisna var. Mən hazırda Lordlar Palatası, Britaniyanın XİN-də işləyən kolleqalarım ilə əla münasibət qurmuşam, amma bu qaydalarda istisna təşkil edir. İngilislər çox zaman bu prinsipli rəhbər tuturlar: "Mənim evim mənim qalamdır”. Öz ürəklərinin dərinliyinə onlar heç kimi yaxın buraxmamağa çalışırlar.  Onlar səninlə əməkdaşlıq edəcəklər və normal iş münasibətləri quracaqlar. Axı əgər sən hamı ilə dost münasibəti qurursan, o zaman iş dostluqdan necə fərqlənəcək?! İngilislər bir sərhədi həmişə qoruyurlar və onun pozulmasının qarşısını alırlar. Necə deyərlər, dostluq dostuqdur, iş işdir. 

- Britaniyada səfir olaraq nə etməyi istəyərdiniz? 

- Mən çox istərdim ki, Azərbaycan-Britaniya əməkdaşlığını geridönülməz edim. Daha dəqiq, Britaniya-Azərbaycan strateji əməkdaşlığının və partniyorluğunun enerji resursları və iqtisadi maraq faktorlarından azad olmasını istərdim.  Qeyd edim ki, hazırda bu məqsədə çatmaq üçün biz düzgün istiqamət seçmişik.  

- Britaniya dünyada böyük nüfuzu olan ölkədir...

- Sözsüz ki. 

- O Azərbaycan xalqına Dağlıq Qarabağ probleminin həll olunması üçün kömək edə bilərmi? 

- Britaniyanın Dağlıq Qarabağ məsələsində tutduğu mövqe mənim xoşuma gəlir. Burada yaxın zamanda Xocalı "genosid aktı” nı və ya qırğının sənəd şəkilində qəbul etdirmək çətin ki mümkün olsun. Amma fakt faktlığında qalır. Belə ki, Britaniya səfirliyi yenidən Dağlıq Qarabağa separatçıların sözdə seçkiləri ilə bağlı çıxış etdi və Birləşmiş Krallığın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi.  

- Sizin haqqınızda daha çox bilmək istərdim. Boş zamanlarınızda nə ilə məşğul olursunuz? 

- Səmimi desəm, hələ ki istirahət etməyə imkanım olmayıb. Mən cəmi dörd dəfə Londondan kənarda olmuşam və bunların hamısı da işimlə bağlı olub. Kardifdə, NATO sammitində, Oksforda İslam Araşdırmalar Mərkəzinin dəvəti ilə, Kembricdə Azərbaycandan olan tələbələrin dəvəti ilə və Mançestirdə, leyboristlərin dəvəti ilə səfərdə olmuşam. Hər bir normal insan kimi mən də səyahət etməyi, müxtəlif yeni yerləri və insanları görməyi sevirəm. İndi vaxtım az qalır deyə oxuya bilmirəm, amma mütaliəni sevirəm. Mən yazmağı sevirəm, düzdü bu nəsr yox, poyeziyadır. Bundan əlavə həftədə iki-üç dəfə maraqlı filmlərə baxıram. Onlardan mənə lazım olacaq maraqlı məlumatları alıram. 
 
 
 

- Soydaşlarımıza nə demək istərdiniz? 

- Məndən çox tez-tez soruşurlar ki, "gördüyünüz ən gözəl şəhər hansı olub”? Mən həmişə ikinci yerlər haqqında düşünürəm, çünki dünyada çox şəhəri görmüşəm.  Birinci yerdə Bakıdır.  Ondan sonra başqaları gələ bilər, amma birincilik həmişə ona məxsusdur. Hər bir vətəndaşımıza can sağlığı, uğur, xoşbəxtlik, inkişaf arzu edir və onların sahib olduğu ən gözəl vətən olan Azərbaycana dəyər verməsini diləyirəm. 

- Tahir müəllim, maraqlı söhbət üçün çox təşəkkür edirəm və sizə fəaliyyətinizdə uğurlar arzu edirəm! 

- Sağ olun! 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM