Tağı Əhmədovun sabiq müavini vəfat etdi

10:40 | 21.11.2017
Tağı Əhmədovun sabiq müavini vəfat etdi

Tağı Əhmədovun sabiq müavini vəfat etdi

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sabiq rəis müavini vəfat edib.
 
Anews.az report-a istinadən xəbər verir ki, QSC-nin təcrübəli mütəxəssisi Vladimir Akif oğlu Kazıyev 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vladimir Kazıyev 1947-ci il iyunun 4-də Bakıda dəmiryolçu ailəsində doğulub. O, əmək fəaliyyətinə dəmiryolunda başlayıb.
Vladimir Kazıyev Bakı Metropolitenindəki peşə fəaliyyətinə 1970-ci il avqustun 8-də "Nərimanov” elektrik deposunda vaqon baxıcısı kimi başlayıb, maşinist köməkçisi, maşinist, texniki-istehsalat şöbəsinin rəisi, baş mühəndis, xidmət rəisi işləyib. Əməyin elmi təşkili, kadrların, xüsusən də maşinistlərin yetişdirilməsi və onlarla işin aparılması, sosial məsələlərə baxış, iş yerlərinin müasir tələblərə uyğunlaşdırılması sahəsində onun səmərəli təklifləri olub. Vladimir Kazıyev uzun müddət - 2004-2014-cü illərdə Bakı Metropoliteninin rəis müavini (1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov olub) vəzifəsində çalışıb.

2014-cü il avqustun 12-dən "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində təcrübəli mütəxəssis kimi çalışmış Vladimir Kazıyevin elektrik deposunda qurğu və avadanlıqlarının saz vəziyyətdə saxlanılması, onlardan daha səmərəli istifadə olunması, qabaqcıl texnologiya və yeni texnikanın tətbiq olunması, əmək proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması sahəsində özənəməxsus xidmətləri olub. 

Vladimir Kazıyevin əmək xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib, 1991-ci ildə "Fəxri dəmiryolçu” döş nişanı, 2002-ci ildə "Tərəqqi” medalı ilə təltif olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti