Tale Heydərov maliyyə durumundan danışdı

19:09 | 25.11.2017
Tale Heydərov maliyyə durumundan danışdı

Tale Heydərov maliyyə durumundan danışdı

"Belə nəticəni gözləmirdik. Çünki ilk dövrədə Qəbələdə "Kəpəz"ə 0:2 hesabı ilə uduzmuşduq. Rəqib hazırda sonuncu yerdə olsa da, bugünkü görüş bizim üçün çox vacib idi. Futbolçularımız yaxşı çıxış etdilər və gözəl qələbə əldə etdilər". 


Qaynarinfo xəbər verir ki, bu sözləri "Kəpəz"lə oyundan sonra "Qəbələ"nin prezidenti Tale Heydərov deyib.


"Qəbələ"nin 6:1 hesablı qələbəsindən sonra jurnalistlərin suallarını cavablandıran klub rəhbəri komandasının 13 turdakı çıxışını dəyərləndirib: "Məncə, yaxşı çıxış etmişik. Bəzi oyunlarda xal itirməməli idik. "Qəbələ” bəzən zəiflərlə oyunlarda gözlənilməz xal itkiləri ilə üzləşir. Amma ümumi mənada hazırkı durumdan razıyıq".


Tale Heydərov "Qarabağ"ın çempionatdakı hegemonluğuna son qoymağa çalışacaqlarını bildirib: "Bunu etməyə çalışacağıq. "Qarabağ" da çox güclüdür, Çempionlar Liqasında çox gözəl çıxış edir. Ona görə də bizim üçün asan olmayacaq. Amma əlimizdən gələni edəcəyik ki, bu mövsüm çempion olaq".


"Qəbələ"nin maliyyə probleminin olmadığını bildirən klub prezident qış planları barədə danışıb və baş məşqçinin istədiyi futbolçuları almağa çalışacaqlarını deyib: "Bizdə maliyyə ilə heç bir problem yoxdur. Müəyyən vaxtlarda ödənişlərdə müəyyən gecikmələr baş verə bilər. Amma ümumilikdə ciddi problem olduğunu deməzdim. Bütün oyunçular hazırkı vəziyyətdən razıdırlar və hər şey qaydasında gedir. Baş məşqçi istədiyi oyunçuları almağa hazırıq. Təbii ki, büdcə daxilində. Baş məşqçi həmişəki kimi istədiyi oyunçuları heyətə qatmaqda sərbəstdi".


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti