• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir

Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir
01.10.2023 10:18

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 520 nəfər elektron ərizəsini təsdiqlədib. Onlardan 515-i Azərbaycan bölməsi, 5-i rus bölməsi üzrədir.

İxtisas seçimi oktyabrın 2-si saat 23:59-dək internet vasitəsilə aparılır. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Kolleclərin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan¬larından "məqbul” alan abituriyentlər buraxılırlar. Rəqs müəllimliyi ixtisasının müsabiqəsində isə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kod¬larının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Cəmiyyət 23:56
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Cəmiyyət 22:16
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Cəmiyyət 21:33
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirilib
Cəmiyyət 20:12
Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirilib
Ağsuda iki nəfər zəhərlənib
Cəmiyyət 19:28
Ağsuda iki nəfər zəhərlənib
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
Cəmiyyət 19:00
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib
Cəmiyyət 18:21
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
Cəmiyyət 17:44
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
Bu il 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır
Cəmiyyət 17:21
Bu il 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol