Məhkəmənin qərarına etdiyi etirazın qəbul edilmədiyini, heç bir qanunzidd hərəkətə yol vermədiyini deyən aktyor hələ də hansı səbəbdən ittiham edildiyini bilmədiyini deyib. İstanbulun Kadıköy adlanan hissəsindəki şöbədə vəkillərinin iştirakı ilə iltizamı imzalayan aktyor ölkədən qaçmaq niyyətinin olmadığını deyib: "Mənimlə birgə hüquqşünaslar var. Bir insan nə üçün qətimkan tədbiri olaraq iltizama qol çəkər? Ölkədən qaçmasın, məhkəmə sübutlarını məhv etməməsi üçün. Dəlil zatən onların öz əllərindədir, həmin görüntülərdə hər hansı cinayət tərkibi yoxdur. Qaldı ki, ölkədən xaricə qaçmağa. Əgər ölkədən hamı gedəsi olsa, ən axırıncı çıxacaq adam mənəm. Mən kimlərin ilk olaraq ölkədən qaçacağını bilirəm, amma adlarını deməyəcəyəm”.
Məşhur aktyor qanunda tənqid çərçivələri ilə bağlı hər hansı tələbin olmadığını bildirib və barəsində çıxarılmış qərarın absurd olduğunu əlavə edib. (Publika.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !