Bakının Binəqədi rayonunda fəaliyyət göstərən 299 saylı liseydə təhsil almış Məryəm Mirili xaricdə fəaliyyət göstərən 9 ali məktəbə eyni anda daxil olub. Bu barədə Məryəmin atası, tanınmış ilahiyyatçı Elşad Miri məlumat verib.
O bildirib ki, Məryəm 2019-cu ilin oktyab ayında SAT with Essay imtahanından 1350 bal, həmin ilin noyabr ayinda keçirilən TOEFL IBT imtahanından 120 baldan 109 bal toplayıb, və 2019-cu ilin dekabrın 7-i SAT Subject Math Level 2 imtahanından 800 baldan 720 bal toplayaraq, xaricdə 9 universitetə qəbul olmuş və universitetlərin bir çoxundan prezident təqaüdü qazanıb. Məryəm qəbul olduğu universitetlər içərisindən Warren Wilson Collage (WWC) Universitetinin "Biokimya” fakültəsində təhsilini davam etdirəcək”.
Məryəmin arzusu kosmonavt olmaqdır. O Biokimya fakultəsini də məhz NASA üçün seçib.Bu məqsədlə Elşad Miri özü NASA-da olub və ordan ətraflı məlumat alıb. Elşad Miri bildirib ki, xaricdə təhsil baha olduğuna görə onlar universitetlərdən birini seçməli olublar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !