Tanınmış jurnalist vəfat etdi — FOTO

12:05 | 18.07.2021
Tanınmış jurnalist vəfat etdi — FOTO

Tanınmış jurnalist vəfat etdi — FOTO

Əməkdar jurnalist, "Azərbaycan” qəzetinin şöbə redaktoru Allahverdi Mehdiyev bu gün səhər rəhmətə gedib.

Anews.az xəbər verir ki, bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər. Onun ölmünə səbəb insult keçirməsi olub.
 
Allaherdi Mehdiyev əvəllər açıq ürək əməliyyatı keçirmişdi...
 
Əməkdar jurnalist A.Mehdiyev əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. 1980-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.
 
Jurnalistikadakı fəaliyyətinə görə, "Tərəqqi” medalı ilə təltif olunub. O, uzun illər idi ki, "Azərbaycan” qəzetində Beynəlxalq şöbənin redaktoru vəzifəsində işləyirdi...
 
Allah rəhmət eləsin.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb