“Xəstəliyimin xaricdə müalicəsi çox bahadır, Almaniyada 120 min manata başa gəlir”
Xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru Rafiq Hüseynovun ağ ciyərində xərçəng aşkarlanıb. Rafiq Hüseynov APA-ya açıqlamasında bildirib ki, səhhətində problemlər bir həftədir başlayıb: “Təəssüf ki, bu xəbəri sizə inkar edə bilmirəm. Diaqnoz dəqiqdir - ağciyər xərçəngi. Akademik Əhliman Əmiraslanov hər şeyi boynuna götürüb, mənə kömək edir. Bu həftə ərzində bilinəcək ki, bədxassəli şişi kəsib götürmək mümkündür, ya yox...”
R. Hüseynov müalicənin Bakıda mümkün olub-olmamasına da aydınlıq gətirib: “Əhliman müəllim deyir, əllərindən nə gəlir edəcəklər. Bütün tibbi avadanlıqlar Bakıda var. Xəstəliyin xaricdə müalicəsi çox bahadır. Almaniyada 120 min manata başa gəlir”.
***
11:40
“Rafiq Hüseynov hazırda öskürəkdən əziyyət çəkir. Çünki şiş bronxlarında da inkişaf edib”.
Bunu Modern.a-a tanınmış diktor, Azərbaycanın xalq artisti Rafiq Hüseynovun Səbinə Hüseynli xanımı həyat yoldaşının xəstələnməsi xəbərini təsdiqləyərkən deyib.
“Rafiq Hüseynov bir həftədir müayinə olunur. Ona mənəvi dəstək göstərənlər çoxdur. Hazırda Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun nəzarəti altındadır”.
Səbinə Hüseynli vurğulayıb ki, tanınmış televiziya diktorunun əməliyyat olunması hələ dəqiqləşməyib.
“Bunun üçün Əhliman Əmiraslanov bu həftənin cümə günü həkim-cərrahlarla birlikdə konsilium keçirməlidir. O zaman əməliyyat olunub-olunmaması ilə bağlı dəqiq qərar bəlli olacaq. Hələ ki nəticələri gözləyirik”.
Qeyd edək ki, Azərbaycanın xalq artisti Rafiq Hüseynli ağ ciyər xərçənginə tutulması haqqında informasiya yayılıb.
ANN.Az