İspaniyanın şimalında, Leon şəhərində ölkənin tanınmış qadın siyasətçisi İzabel Karrasko qətlə yetirilib.APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, naməlum qadın piyada körpüsündən keçən İ.Karraskoya bir neçə dəfə atəş açıb. Leon əyalətinin hökumət başçısı, hakim Xalq partiyasının regiondakı 59 yaşlı rəhbəri İ. Karrasko yerindəcə keçinib. Hadisə ilə əlaqədar artıq iki qadın həbs edilib, ispan mətbuatı qətlin qisas məqsədilə törədildiyini bildirir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !