Tanınmış türk jurnalist həbs olundu

09:22 | 02.03.2015
Tanınmış türk jurnalist həbs olundu

Tanınmış türk jurnalist həbs olundu

Türkiyədə Ərdoğan iqtidarının qatı tənqidçilərindən olan tanınmış jurnalist Mehmet Baransu evində aparılan 12 saatlıq axtarışların ardından həbs olunub. 

Türkiyə mediasına görə jurnalist "Balyoz" dövlət çevriliş planı ilə bağlı prokurorluğa təqdim etdiyi sənədlərə görə saxlanılıb. 

Jurnalistin vəkili faktı təsdiqləsə də, hələ ki, ittiham sənədinin tam məzmununun ona bəlli olmadığını deyib.

"Balyoz" qalmaqalı üzrə yüksək çinli zabitlərin həbsi məhz 2010-cu ildə Baransunun "Tərəf" qəzetində dərc etdiyi məxfi sənədlər əsasında gerçəkləşib. 

Qalmaqalın böyüməsindən sonra Baransu planlaşdırılan dövlət çevrişi ilə bağlı kompakt diskə yazılmış məlumatları dövlət ittihamçılarına təqdim etməli olub.//ANS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM