Tarixi şəxsiyyətlərin Qadın-Kişi bərabərliyi haqda FİKİRLƏRİ

14:10 | 27.11.2014
Tarixi şəxsiyyətlərin Qadın-Kişi bərabərliyi haqda FİKİRLƏRİ

Tarixi şəxsiyyətlərin Qadın-Kişi bərabərliyi haqda FİKİRLƏRİ

ANN.Az dünya mətbuatına istinadən bir çox sahələrdə tanınmış şəxslərin "Qadın və Kişi bərabərliyi" haqda sitatlarını təqdim edir:

Mahatma Qandi

"Qadını "zəif cins" adlandırmaq böhtandır və kişilərin qadınlara qarşı etdiyi haqsızlıqdır. Əgər gücdən söhbət gedirsə, əlbəttə qadınlar kişilərdən daha az vəhşidirlər. Ancaq güc əgər əxlaqi bir gücdürsə, o zaman qadınlar kişilərdən təsəvvür edilməz dərəcədə üstündürlər. Qadınlar bizdən daha fədakar, daha cəfakeş, çətinliklərə daha çox sinə gərən, daha cəsur insanlar deyil mi? Qadınlar olmadan kişilər mövcud ola bilərmi?

Məhəmməd Əli Cinnah

"Qadınlar kişilərlə birlikdə addım atmadıqda, heç bir millət zəfər qazana bilməz. Qadınları bir məhbus kimi dörd divardan ibarət evin içərisinə məhkum etmək, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bizim qadınlarımıza layiq gördüyümüz bu cəzadan daha böyük bir cəza heç bir cinayət qanununda ola bilməz"

Şimon Peres

"Yaxın Şərqdə demokratiyanın önündəki ən böyük maneə bilirsinizmi nədir? Ərləriniz. Onlar adət-ənənələrin əsiri olublar. Artıq ənənəvi həyatın dəyişmə vaxtı çatıb. Artıq hər kəs dəyişməlidir. Əgər qadınlara bərabər hüquqlar verməsəniz, irəliləyə bilməzsiniz"

Nelson Mandela

"Qadınlar bütün təzyiq və zülm zəncirlərindən xilas olmadıqca, azadlıqdan danışa bilmərik"

Barak Obama

"Xeyr... Qadınların əsas hüquqlarını əlindən alıb buna "din azadlığı" deyə bilməzsiniz. Əgər doğuma nəzarət kimi hüquqlardan narahatsınızsa, o zaman bu haqqı istifadə etməmək hüququna da sahibsiniz, ancaq heç kimi sizin inanclarınıza görə hərəkət etməyə məcbur edə bilməzsiniz"

Toşiko Kişida

"Əgər kişilər fiziki olaraq daha güclü olduqları üçün qadınlardan üstündürsə, o zaman hökuməti niyə Sumo güləşçiləri idarə etmir?"

Kofi Annan

"Gender bərabərliyi yalnız bir hədəf deyil. Gender bərabərliyi yoxsulluğu azaltmaq, davamlı bir proqres yaratmağın və yaxşı idarəetmə üsulu meydana gətirməyin təməlidir".

Mişel Başelet

"Bir ölkənin iqtisadiyyatı insan sərmayəsinə söykənir. Əgər qadınlara kifayət qədər sağlamlıq, təhsil və iş imkanları təmin etmirsinizsə, potensialınızın yarısını itirəcəksiniz. Gender bərabərliyi və qadın hüquqları iqtisadi inkişafın təməlidir".

Tomas Cefferson

"Bu həqiqəti aşkar qəbul edirik: Bütün insanlar yaradıcıları tərəfindən bərabər yaradılmışdır və bəzi imtina edilməyən hüquqlara malikdir. Yaşamaq, azadlıq və öz xoşbəxtliyini axtarmaq hüququ belə haqlardandır".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür