"Gübrə Kralı" kimi tanınan məşhur rus bisnesmen Dmitri Rıbolevlev boşandığı həyat yoldaşına təqribən 4.5 milyard dollar pul ödəyəcək.
ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Dmitri Rıbolevlev arvadından boşanmaq üçün uzun illər idi ki, mübarizə aparırdı. Cenevrə məhkəməsi nəhayət ki, son qərarını verib.
Məhkəmə "Monako" futbol klubunun da sahibi olan Rıbolevlevin sərvətinin yarısının keçmiş həyat yoldaşına verilməsi barədə qərar çıxarıb. Yelena Rıbolevleva 13 yaşlı qızları Annanın da qəyyumluğunu öz üzərinə götürüb. Cütlüyün 25 yaşında daha bir qızları var. Qadının vəklini bunu tarixin ən bahalı boşanması kimi xarakterizə edib. Rıbolevlevin appelyasiyaya müraciət etmək haqqı var. "Forbes" jurnalının məlumatına görə, Rıbolevlev 8.8 milyar dollarla dünyanın ən varlı şəxsləri arasında 147-ci sırada qərarlaşıb.
ANN.Az