Tbilisinin mərkəzində yerləşən Ambassador otelində yanğın baş verib

22:07 | 31.03.2023
Tbilisinin mərkəzində yerləşən Ambassador otelində  yanğın baş verib

Tbilisinin mərkəzində yerləşən Ambassador otelində yanğın baş verib

Tbilisinin mərkəzində yerləşən "Ambassador” otelində yanğın baş verib.
Bu barədə "Sputnik Gürcüstan” məlumat yayıb.


İlkin məlumatlara görə, yanğın qanadın üçüncü və dördüncü mərtəbələrində baş verib. Gürcüstanın Daxili İşlər Nazirliyi oteldəki yanğının lokallaşdırıldığını bildirib. Yanğınsöndürmə və xilasetmə xidmətləri hadisə yerində işlərini davam etdirir.

Oteldə yaşayan bütün vətəndaşların təxliyyə edildiyi qeyd edilir. Hələlik tələfat barədə məlumat yoxdur, yanğının səbəbi də məlum deyil.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM