• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Təbabətdə inqilabi dəyişiklik: “Xəstəlik üzdən oxunacaq...” - Türk doktoru

Təbabətdə inqilabi dəyişiklik: “Xəstəlik üzdən oxunacaq...” - Türk doktoru
14.08.2019 13:15
Yaponiyada ölkənin ilk üzdən tanıma şirkəti olan "Ayoniksi”ni qurmuş türk alimi Sədi Vüral parkinson, altsheymer, xərçəng kimi bir sıra ağır xəstəlikləri sifətdən aşkarlayan texnologiya hazırlayır.

Anews.az Teleqraf.com-a istinadan xəbər verir ki, doktor Sədi Vüralın inkişaf etdirdiyi bu texnologiya hazırda dünyanın 30 ölkəsində tanınır.
Bu texnologiya ilə xərçəng, parkinson, altsheymer kimi xəstəliklərin də təyin oluna biləcəyini bildirən Sədi Vüral sistemdə artıq son tamamlama işlərinin aparıldığını bildirib.
Bundan başqa, sistemin gizlilik əsasında insanların xoşbəxt olub-olmaması, yaş, cinsiyyət, şəxsi bilgilər kimi məlumatları da oxuya biləcəyini deyən doktor xəstəlikləri sifətdən müəyyənləşdirilməsi üzərində aktiv çalışdıqlarını qeyd edib.
Doktorun dediyinə görə, bunu həkimlərin, yoxsa fərdin özünün icra etməsi qarşıdakı mərhələdə konkretləşəcək. O, sistemin mobil telefonlara da tətbiq ediləcəyini bildirib:

”Sizin səhhətinizlə bağlı problem varsa, mobil telefonunuz sizə həkimə müraciət etməli olduğunuzu və müalicə nəticələrinin müsbətə doğru gedib-getməməsini bildirəcək”.
Sədi Vüral bəzi xəstəliklərin əlamətlərinin üzə çıxdığını bildirib: "Üzdə bəzi nöqtələrə diqqət yetirməliyik. Məsələn, sizin ürəyinizdə narahatlığınız varsa, üzün bəzi hissələrində dəyişiklik əmələ gəlir. Beyinə gedən bəzi damarlar üzdən keçir. Şişlər, təzyiq üzdə dəyişkənliklərə səbəb olur. İndiyədək bu sahədə xeyli müsbət nəticələr əldə etmişik”.

Xərçəng xəstəliyinin gizli getdiyini, yalnız son mərhələdə üzə çıxdığını xatırladan alim bu barədə də danışıb: ”Məqsədimiz xərçəngi onun inkişafının ilk pilləsində aşkar etməkdir. Belə olarsa, şişin müalicəsi üçün cərrahi və şüa müalicəsinə ehtiyac qalmayacaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Yaponiyada zəlzələ olub
Dünya 11:30
Yaponiyada zəlzələ olub
Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var
Dünya 10:30
Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var
Mask yeni partiya yaratdığını elan edib
Dünya 10:02
Mask yeni partiya yaratdığını elan edib
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Dünya 23:26
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Dünya 22:33
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Dünya 20:46
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Türkiyəli jurnalist saxlanılıb
Dünya 20:30
Türkiyəli jurnalist saxlanılıb
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Dünya 18:31
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol