TƏBİB-ə zəlzələyə görə müraciət edənlərin sayı açıqlanıb

10:57 | 04.07.2023
TƏBİB-ə zəlzələyə görə müraciət edənlərin sayı açıqlanıb

TƏBİB-ə zəlzələyə görə müraciət edənlərin sayı açıqlanıb

Bakıda iyulun 4-də qeydə alınan zəlzələ nəticəsində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib. Bu barədə TƏBİB-dən məlumat verilib. 
 
Müraciət edənlərin 26-sı qadın, 5-i kişi, 3-ü uşaqdır. 
 
"32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub. Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub", - TƏBİB-in açıqlamasında qeyd olunub. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM