Təbii qazın ixrac coğrafiyası genişləndiriləcək - Əliyev

13:43 | 04.06.2024
Təbii qazın ixrac coğrafiyası genişləndiriləcək - Əliyev

Təbii qazın ixrac coğrafiyası genişləndiriləcək - Əliyev

Azərbaycan qaz ixracı ilə bağlı coğrafiyasını genişləndirməyi planlaşdırır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib. 

"Bu gün səkkiz ölkə, o cümlədən altı Avropa ölkəsi Azərbaycan qazının idxalçısıdır”, -  Əliyev iyunun 4-də  Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq "Xəzər Neft və Qaz” və 12-ci Xəzər Beynəlxalq "Enerji və Yaşıl Enerji” sərgilərinin açılışında çıxışı zamanı deyib.
 
Prezident bildirib ki, cari ildə ölkə qazının ixrac həcmi 24 milyard kubmetri keçəcək. 
 
2020-ci il dekabrın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə Avropaya kommersiya qazının tədarükünə başlayıb.
 
Azərbaycan qazının alıcıları Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, İtaliya, Rumıniya, Serbiya və Türkiyədir.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM