Təbrizdə Ermənistan konsulluğu açılacaq. Bu barədə Türkiyənin "Yeni şafak” nəşri məlumat yayıb.
Məlumata görə, bu barədə qərar dekabrın 27-də İran və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı razılaşdırılıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani 2023-cü ilin yanvarın 1-də konsulluğun açılması ilə bağlı açıqlama verərkən, Ermənistan və İran arasında əvvəllər imzalanmış ikitərəfli sazişlərin olduğunu vurğulayıb.
"Kapan və Təbriz şəhərlərinin iki ölkə üçün qarşılıqlı konsulluq fəaliyyəti kimi seçilməsi türk dünyasına qarşı mesaj kimi şərh edilib. Tehran rəhbərliyi uzun illər Təbrizdə Azərbaycanın analoji tələblərinə cavab verməyib və Təbrizdə Azərbaycan konsulluğunun açılması illərlə davam edən bürokratik təşəbbüslərdən sonra mümkün olub. Əhalisinin əksəriyyəti azərbaycanlılar olan Təbriz şəhərində baş konsulluğun açılmasının regionda gərginliyi artırması da istisna deyil”, - nəşr yazır.
Siyasi məsələlər üzrə ekspert Azər Qasımlı hesab edir ki, Ermənistan konsulluğunun açılması İranın müstəsna hüququdur.
"İran beynəlxalq münasibətlər sisteminin subyektidir. Öz ərazisində istədiyi ölkənin konsulluğunu açılmasına icazə verə bilər. O cümlədən də konsulluğunu istənilən ölkədə aça və yaxud bağlaya bilər. Ermənistan və İran arasında olan münasibətdir. Bunun Azərbaycanla İran arasında olan münasibətlərə heç bir təsiri olmayacaq. Bu sadəcə bir konsulluğun açılmasıdır",- siyasi ekspert əlavə edib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Aqil Abbas bildirir ki, bu məsələdə İran hərhalda səhvdir.
"İran və Ermənistan müstəqil dövlətdir. Biz İrana deyə bilmərik ki, konsulluğun açılmasına niyə icazə verirsən? Heç kim qarışa bilməz. İranla Ermənistan dostdur. Amma hər halda İran bu məsələdə səhvdir",- deputat vurğulayıb.
Qarşılıqlı konsulluqların açılması ilə bağlı qərar 2021-ci ilin dekabrında hər iki tərəfin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən sammitdə qəbul edilib.
Konsulluqların açılması ilə bağlı ilk addım İrandan gəlib. Belə ki, 2022-ci ilin oktyabrında İran Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Kapan şəhərində konsulluq açıb.
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb. Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
2023-cü ilin dekabrın 25-də İranın xarici işlər nazirinin sözçüsü Naser Kənani deyib ki, Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb.
Ötən ilin oktyabrın 9-da XİN rəsmisi vurğulayıb ki, Azərbaycanın Tehrandakı səfirliyi açılması ilə bağlı konsensus var və tezlikdə səfirlik işini bərpa edəcək.
Tehranda Azərbaycan səfirliyində terror aktını törədən şəxslə bağlı İran məhkəməsi tərəfindən yekun qərar qəbul edilməyib.
Oktaybrın 2-də Azərbaycan televiziyası açıqlama yayaraq bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən Yasin Hüseynzadə barəsində İranın Ali Məhkəməsi tərəfindən edam hökmü çıxarılıb.
Tehrandakı terror hadisəsindən sonra Tehranın polis rəisi vəzifəsindən uzaqlaşdırılıb.
Avqustun 8-də İranın baş prokurorunun müavini Mehdi Əmiri İsfahani Azərbaycanda baş prokorur Kamran Əliyevlə görüşündə məlumat verərəkən bildirib ki, Tehranda Azərbaycan səfirliyində baş vermiş terror aktının istintaqı qısa zamanda tamamlanacaq və təqsirli şəxslər layiqli cəzasını alacaq.

Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !