• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Təbrizdə hökumət qüvvələri tələbəni binadan atıb

Təbrizdə hökumət qüvvələri tələbəni binadan atıb
18.11.2022 10:39
Təbrizdə hökumət qüvvələri tələbə qızı binadan ataraq öldürüb. Bu barədə Azad İran telegram kanalında məlumat yayılıb.

Noyabrın 16-ı axşam saatlarında Təbrizdə baş tutan etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqi öldürülüb.
 
O, hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb.

Etirazçıları təqib edən bir neçə xüsusi təyinatlı onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıblar. Bədəninə armatur keçən gənc qız hadisə yerindəcə həyatını itirib.

Əslən Şərqi Azərbaycan əyalətinin Məlik Kəndi (Məlikan) kəndindən olan tələbənin dəfn edilmək üçün doğma şəhərinə aparılmasına icazə verilməyib.

Aylar Həqqinin ailəsi və rabitə idarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün basqı edilib. Buna rəğmən, xəbər ictimailəşib və yayılan bildirişlərə görə, bu gün Təbrizin Vadi Rəhmət qəbristanlığına dəfn mərasimi keçiriləcək.

Noyabrın 16-dək İranda etirazlar başlayandan bəri öldürülənlərin sayı 362 nəfərə çatıb.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Putin arasında Ukrayna mövzusunda irəliləyiş olmadı
Dünya 08:10
Tramp və Putin arasında Ukrayna mövzusunda irəliləyiş olmadı
Suriyanın gerbi dəyişir
Dünya 00:50
Suriyanın gerbi dəyişir
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
Dünya 00:22
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
İran hava məkanını açıb
Dünya 00:10
İran hava məkanını açıb
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Dünya 23:36
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Dünya 22:13
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Dünya 20:35
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
Dünya 19:42
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Dünya 18:50
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol