İran beynəlxalq arenada öz ritorikasını kəskin şəkildə dəyişib və ABŞ-da respublikaçı Donald Trampın seçkilərdə qalib gəlməsindən sonra Vaşinqtonla münasibətlərdə gərginliyi azaltmağa çalışır. Bu barədə The New York Times (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
İran "cəmi bir neçə həftə ərzində" sərt bəyanatlarından imtina edərək daha "barışdırıcı" ifadələrə üstünlük verib. Mənbələr bildirir ki, bu dəyişiklik həm ölkə daxilində, həm də xaricdə baş verən hadisələrlə bağlıdır.
Məlumata görə, Tehranın yanaşmasını yenidən nəzərdən keçirmək qərarı, o cümlədən, 5 noyabrda Trampın qələbəsi ilə əlaqəlidir. İslam respublikası Trampın "qeyri-müəyyənliyindən" ehtiyat edir. Bundan əlavə, NYT yazır ki, İranın siyasətinə iqtisadi böhran və Tehranın "ən yaxın və ən mühüm" hərbi müttəfiqi olan Livanın "Hizbullah" təşkilatının zəifləməsi təsir edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !