Ailələr və ya dostlar özləriylə evdən termoslar, qazançalar, şişlər, manqallar, badminton, nərd, digər sərinləşdirici içkilər götürüb təbiətə çıxırlar və ya Tehranın məşhur Cəmşidiyyə Parkına gedirlər. Qurban bayramında, iş günü olmadığından, tehranlılar bir həftə işləmədilər. Bu müddət ərzində bu parkda az qala hər bir ağacın altında bir ailə dincəldi.Parkda yay kafesi də var, amma orda heç bir ziyarətçi görmədim. Eyni yerdə kiçik hovuz tikilib və çox rahat daş yollar salınıb. Cəmşidiyyə parkının yuxarı hissəsində pulsuz trenajorları olan idman meydançası yaradılıb.Parkın yuxarı hissəsindən nəhəng Tehrana möcüzəli görünüş açılır.Tehranda yerləşən bu parkdan ANN.Az əməkdaşının çəkdiyi fotoları oxuculara təqdim edirik:Kamal ƏliANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !