Təhsil haqqından azad olunanların sayı bilindi

13:51 | 01.04.2015
Təhsil haqqından azad olunanların sayı bilindi

Təhsil haqqından azad olunanların sayı bilindi

Hazırda Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan, hər iki valideynini itirmiş uşaqların sayına aydınlıq gəlib. 

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, 2013-2014-cü tədris ilində dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı 470 nəfər təşkil edir və onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Qeyd edək ki, bu yaxınlarda qəbul olunmuş qərara görə, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər.

ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM