Təhsil naziri Malayziya Təhsil Nazirliyinin Baş direktoru ilə görüşdü

13:28 | 25.11.2015
Təhsil naziri Malayziya Təhsil Nazirliyinin Baş direktoru ilə görüşdü

Təhsil naziri Malayziya Təhsil Nazirliyinin Baş direktoru ilə görüşdü


Noyabrın 24-də təhsil naziri Mikayıl Cabbarov Malayziya Federasiyasının Təhsil Nazirliyinin Baş direktoru Xair bin Məhəmməd Yusifi qəbul edib.

ANN.Az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Mikayıl Cabbarov ölkəmiz üçün Malayziya təcrübəsinin öyrənilməsinin önəmini nəzərə çatdırıb.

Hər iki tərəf təhsil üzrə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsinin vacibliyini bildirib və gələcəkdə təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM