Təhsil naziri valideynləri uşaqlarını peyvənd etməyə çağırıb

17:02 | 30.11.2023
Təhsil naziri valideynləri uşaqlarını peyvənd etməyə çağırıb

Təhsil naziri valideynləri uşaqlarını peyvənd etməyə çağırıb

Azərbaycanda hazırda 3 şagirdin qızılcaya yoluxması faktı aşkarlanıb.  Bunu elm və təhsil naziri Emin Əmrullayev  bildirib. 

"Qızılca ilə bağlı prosesi izləyirik. Səhiyyə Nazirliyi ilə birgə statistika təhlili aparırıq. Təsdiqlənmiş saylar böyük deyil. Məktəblərdən gələn iddialar var. Bəzi direktorlar bu sayın 100 olduğunu iddia edir. Bu halların təsdiqlənməsi üçün valideynlər səhiyyə  müəssisələrinə müraciət etməlidir",  -  Əmrullayev cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, nazirlikdə hazırda  sinif və məktəblərin bağlanması məsələsi  müzakirə olunmur. Gələcəkdə xəstələrin sayı artarsa məktəblərin qapanması məsələsi   müzakirə mövzusu ola bilər. 
 
Nazir həmçinin valideynləri uşaqlara peyvənd etməyə çağırıb.
 
İllik peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır. 

Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. İnsanların təxminən 93%-i bir dozadan sonra, 97%-i isə ikinci dozadan sonra immun hesab olunur.

 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM