Təhsil Nazirliyində yeni Şura yaradılacaq

14:06 | 04.12.2014
Təhsil Nazirliyində yeni Şura yaradılacaq

Təhsil Nazirliyində yeni Şura yaradılacaq

Yaxın günlərdə Təhsil Nazirliyində Elmi Koordinasiya Şurası yaradılacaq.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "Elektron hökumətin qurulması problemləri” mövzusunda ilk elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Şura bir çox məsələlərlə məşğul olacaq, ilk növbədə ali təhsil müəssisələrində həyata keçirilən elmi fəaliyyətlərin əlaqələndirilməsini, elmi işlərin dünya elmi məkanına inteqrasiyasını təmin edəcək.

M.Cabbarov qeyd edıb ki, bu gün Azərbaycanda 1765 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə və internetə qoşulub. Yaxın günlərdə Təhsil Nazirliyində elektron dərslik portalının da təqdimatı keçiriləcək. Bu portalda 6-7 siniflər üzrə 20 dərslik yerləşdirilib. Bu ilin sonuna kimi daha 5 dərsliyin portala daxil edilməsi planlaşdırılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür