Təkgöz “Taliban” liderinin bioqrafiyası açıqlandı – İLK DƏFƏ

11:57 | 07.04.2015
Təkgöz “Taliban” liderinin bioqrafiyası açıqlandı – İLK DƏFƏ

Təkgöz “Taliban” liderinin bioqrafiyası açıqlandı – İLK DƏFƏ

Əfqanıstandakı "Taliban” terror qruplaşması ilk dəfə olaraq özünün sirli lideri Molla Məhəmməd Ömərin bioqrafiyasını dərc edib. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, haqqında çox az şey məlum olan və çox az görüntüsü yayılan Molla Ömərin liderliyinin 19-cu ildönümü münasibətilə "Taliban”a aid əsas internet saytında nümayiş olunan 5 min sözdən ibarət tərcümeyı-hal Ömərin uşaqlığı və gəncliyi bağlı mübahisələrə aydınlıq gətirib.
 
Tərcümeyi-halda Molla Ömərin ən sevdiyi silahın "RPG 7” olduğu, sadə bir həyat sürdüyü, səmimi və zarafatcıl biri olduğu qeyd edilir.
 
Dəqiq hansı şəhərdə, hansı bölgədə yaşadığı sirr olaraq saxlanılan Molla Ömər bioqrafiyada yazılanlara görə, Əfqanıstan və dünyanın gündəmini yaxından izləyir.
 
Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi  2001-ci ildə Molla Ömərin yerini bildirənə 10 milyon dollar məbləğində mükafat elan edib və bu elan hələ də qüvvədədir.

 Birliyi təmin edən lider


 "Taliban” terror təşkilatı  Molla Ömərin liderliyinin 19-cu ildönümü münasibətilə onun bioqrafiyasını yaydığını elan etsə də, bəzi analitiklər belə hesab etmir. Onların qənaətinə görə, İraq və Suriyada qanlı aktlar həyata keçirən İŞİD-in Əfqanıstanda təsirinin artmasının müqabilində "Taliban” öz liderinin şəxsiyyətini ortaya çıxarmaq istəyib.   

 "Rəsmi" sayıla biləcək bu bioqrafiyaya görə, Molla Ömər 1960-cı ildə Əfqanıstanın Kandahar əyalətinin Hakriz bölgəsində, Şahı Hümmət adlı bir kənddə anadan olub.  Bioqrafiyada Molla Məhəmməd Ömərə "Mücahid" deyə müraciət olunur və onun Hotak tayfasının Tomzi qolundan olduğunu deyilir.
 
"Taliban” bioqrafiyasına görə Molla Ömərin belə təsvir edilir -  "möhtərəm bir alim və cəmiyyət lideri" olan  Mulavi Qulam Nəbi oğlu Molla Ömər hələ 5 yaşında olarkən ölüb və ailə Uruzgan əyalətinə köçüb.

Tərcümeyi-halda o da vurğulanır ki, Molla Ömər Sovet qüvvələri Əfqanıstanı işğal edəndə mədrəsədəki dini təhsilini yarımçıq qoyaraq "dini borcunu yerinə yetirmək üçün" mücahidlik etməyə başlayıb.
 
Molla Ömərin mücahid olaraq 1983-1991-ci illər arasında Sovet qüvvələrinə qarşı döyüşdüyünü, 4 dəfə yaralandığı və sağ gözünü itirdiyi bildirilir.
 
1994-cü ildən liderlik postuna gələn Molla Ömər 1992-ci ildə Əfqanıstandakı Sovet tərəfdarı olan  kommunist rejimi dağıldıqdan sonra çox sayda milis rəisləri arasında baş verən qarşıdurmalara son qoymağa çalışdığı deyilir. O, 1996-cı ildən artıq "əmir ül mömin" (mömünlərin rəhbəri) adlandırılmağa başlayıb.
 
 
 
 
 
Xarizmatik şəxsiyyət
 
Tərcümeyı-halda Molla Ömərin xarizmatik şəxsiyyət olmasına dair belə detallar əlavə olunub.
 
Molla Ömər tez-tez gözə dəyməyən, qorxmaz, səssiz və sakit bir şəxsiyyətdir, özünə aid bir evi, yaxud da xarici ölkə banklarında hesabları yoxdur, dostcanlı, zarafatcıl biridir  və özünü heç bir zaman birlikdə çalışdığı insanlardan üstün tutmağı sevmir.
 
 "Gündəlik həyatı və bu andakı vəziyyəti" başlıqlı bölümdə "Hazırda yaşadığı kritik şəraitə və düşmənin daim onu axtarmasına baxmayaraq Molla Ömər gündəlik həyat və fəaliyyətində əhəmiyyətli bir dəyişiklik etməyi sevmir və yaxud hər hansı axsama yoxdur" – qeyd olunub.
 
Bioqrafiyaya görə "Molla Ömər zalım xarici işğalçılara qarşı mücahidlərin fəaliyyətini diqqətlə izləyir və nəzarət edir”. Bioqrafiyada bildirilməsə də, bəzi analitiklər Molla Ömərin Pakistanın Əfqanıstanla sərhəd bölgəsində yaşadığını və idarəçilyini buradan həyata keçirdiyini deyirlər.


Hazırladı Nuray



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM