Tələbəsini zorladığı iddia olunan şəxs millimizə baş məşqçi oldu

16:01 | 20.08.2017
Tələbəsini zorladığı iddia olunan şəxs millimizə baş məşqçi oldu

Tələbəsini zorladığı iddia olunan şəxs millimizə baş məşqçi oldu

Azərbaycan Ağır Atletika Federasiyasında qalmaqallar bitmək bilmir. Hazırda qurumda bir çox səbəblər üzündən gərginlik yaşanır. Amma buna baxmayaraq federasiya səhv addım atmağa davam edir. 

Bir müddət öncə şəxsi tələbəsi, yığmamızın üzvü Xumar Məmmədova ilə münasibətdə olması və adıçəkilən xanımın hamilə qalması iddiası ilə işdən çıxarılan Kərim Kərimli federasiyaya geri qaytarılıb.

BiG.AZ-ın əldə etdiyi məlumata görə, K.Kərimli bundan sonra gənclərdən ibarət ağıratletika milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərəcək. 
Qeyd edək ki, qurumun vitse-prezidenti Tofiq Heydərov bu yaxınlarda yeindən ağır atletlərdə doppinq çıxdığı üçün istefa verib. Özü bu barədə sodial şəbəkədə yazıb. 

Xatırladaq ki, Xumar Məmmədovanın Kərim Kərimlidən hamilə olduğuna dair iddialar var idi. Özü və federasiya isə bu xəbəri yalanlamışdı. Doğru olmadığını bildirmişdi.
 
Məsələyə Kərimlinin münasibətini bildirməyə hazırıq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM