Teleradiolar cərimələnə bilər - SƏBƏB

16:24 | 24.11.2017
Teleradiolar cərimələnə bilər - SƏBƏB

Teleradiolar cərimələnə bilər - SƏBƏB

İnzibati Xətalar Məcəlləsinə yeni 428.4-1 maddəsinin əlavə edilməsi təklif olunur.

Anews.az APA-ya istinadən xəbər verir ki, təklif olunan maddədə Azərbaycanda pulsuz dərman vasitələrinin və tibbi xidmətlərin reklamı televiziya və radio yayımında qadağan edilir, buna əməl etməyən yayımçılarla bağlı cəzalar müəyyənləşdirilir. 

Qeyd olunur ki, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi teleradio yayımçısı tərəfindən törədildikdə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər 5000 manatdan 8000 manata qədər cərimələnəcək.

Layihə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti