Televiziya aparıcılarına məşğələlər keçiriləcək

12:26 | 01.12.2014
Televiziya aparıcılarına məşğələlər keçiriləcək

Televiziya aparıcılarına məşğələlər keçiriləcək

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə birgə televiziya aparıcıları üçün məşğələlər keçirəcək.

Akademik səviyyədə təşkil olunacaq dərslər MTRŞ-nin binasında təşkil ediləcək. Bu barədə Dilçilik İnstitutunun elmi şurasının iclasında monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli məlumat verib.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, İnstitutdan bildiriblər ki, iclasda Q. Məhərrəmli Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı xatırladıb. Dövlət Proqramında nəzərdə tutulan bir sıra işlərin yerinə yetirilməsinin vacibliyini qeyd edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür