Telman Əliyev Caspian European Club-un yeni sədri seçilib

Caspian European Club-un idarə heyətinin üzvlərinin
seçkisi başa çatıb. Seçkilərin nəticəsinə görə
Caspian European Club-un yeni sədri Telman Əliyev seçilib. Telman Əliyev eyni
zamanda Caspian European Club və Caspian Energy qrupunun Azərbaycan, Gürcüstan
və Qazaxıstan üzrə baş icraçı direktorudur. Bu barədə Caspian European Club-un
mətbuat xidməti məlumat verib.
Caspian European Club-un Azərbaycan, Gürcüstan və
Qazaxıstan üzrə idarə heyətinin qapalı səsvermə yolu ilə seçilən 6 üzv Zərifə Həmzəyeva (Gazelli Group-un prezidenti), Avni Dəmirçi
(ZiraatBank Azerbaijan-nın idarə heyətinin sədri), Fərid
Məmmədov (Caspian Event Organisers LLC-nin
baş direktoru), Nəriman Məmmədov ( Transbroker / Narimanfilm-in baş direktoru), Rəşad Abbasov ( ASE Express & OCS-un direktoru) və Savaş Uzan (Azersun Holding-in idarə heyətinin üzvü) olub.
2020-ci il fevralın 27-dən 29-dək davam edən seçkilərdən
öncə Caspian European Club-un rəsmi saytı (www.caspianenergy.org) vasitəsilə seçkiqabağı səsəvermə
keçirilib. Səsvermə hüququndan Caspian European Club-un ofisləri Bakıda yerləşən
üzv şirkətlərinin 194 top-meneceri və nümayəndəsi yararlanıb.
Eyni zamanda seçki çərçivəsində sahə və sahələrarası
komitələrin, işçi qruplarının rəhbərləri seçiliblər. Onların adlarından ibarət
yekun siyahı Caspian European Club-un idarə heyətinin yeni heyətinin ilk
toplantısında təsdiqlənəcək. Həmin iclasda həmçinin Klubun yaxın 2 il ərzində həyata
keçiriləcək yeni inkişaf strategiyası müəyyənləşəcək. İdarə heyətinin üzvləri
eyni zamanda Caspian European Club-un İcra Komitəsinin yeni tərkibini də təsdiqləməlidirlər.
www.anews.az