Telman İsmayılov 150 milyon dollar itirdi

13:07 | 16.04.2015
Telman İsmayılov 150 milyon dollar itirdi

Telman İsmayılov 150 milyon dollar itirdi

Forbes jurnalı Rusiyanın ən varlı 200 sahibkarının 2015-ci il siyahısını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, siyahıda 6-cı yeri "Lukoyl”un prezidenti Vahid Ələkbərov tutur. Onun sərvəti 12,2 milyard dollar təşkil edir. İl ərzində onun sərvəti 1,4 milyard dollar azalıb. 

46-cı yerdə "Krokus” şirkətlər qrupunun rəhbəri Araz Ağalarovdur. İl ərzində onun sərvəti 0,1 milyard dollar artaraq 1,9 milyard dollar təşkil edib.  

57-ci yerdə Fərhad Əhmədovdur. Onun sərvəti 1,4 milyard dollar təşkil edir. 

AST şirkətlər qrupunun prezidenti Telman İsmayılov 0,6 milyard dollarla 144-cü yerdədir. İl ərzində onun sərvəti 0,15 milyard dollar azalıb. 

Reytinqə "Norilski nikel”in direktoru Vladimir Potanin başçılıq edir (15,4 milyard dollar), ikinci yerdə biznesmen Mixail Fridmandır (Alfa-qrup, X5 Retail Group və b.). İl ərzində onun sərvəti 3 milyard dollar azalaraq 14,6 milyard dollar təşkil edib. 

Üçüncü yerdə Alişer Usmanovdur ("Meqafon”, "Metalloinvest”, Mail.Ru və b.). Onun sərvəti il ərzində 4,2 milyard dollar azalaraq 14,4 milyard dollar təşkil edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM