Ötən il 7 mindən çox vətəndaş hakerlər hücumuna məruz qalıb

11:28 | 02.04.2024
Ötən il 7 mindən çox vətəndaş hakerlər hücumuna məruz qalıb

Ötən il 7 mindən çox vətəndaş hakerlər hücumuna məruz qalıb

2023-cü ildə ölkədə 7 mindən çox vətəndaş xakerlərin qurbanı olub. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəsinin müavini Allahverən İsmayılov bildirib.
 
"30 min dövlət qulluqçusunun istifadə etdiyi mərkəzləşmiş elektron poçt sistemi vasitəsi ilə dövlət qurumları əməkdaşlarını hədəfləyən kiberhücumların qarşısı alınır. Cari ilin ötən dövründə 16 milyon 993 min elektron poçt emal edilmişdir ki, onlardan 15 milyon 577 min istifadəçilərə çatdırılmış, 1 milyon 416 min elektron poçtun zərərli tərkibli olması müəyyənləşdirilərək blok edilib. Ümumilikdə isə ötən dövrdə onların sayı 7 mindən çox olub”,- rəis müavini aprelin 1-də keçirilən "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.
 
Aytac 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb