Ötən il Azərbaycada orta aylıq əməkhaqqı 8%-dən çox artıb

2024-cü ildə Azərbaycada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 faiz artaraq 1009,2 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 