• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Ötən il Bakubus avtobusu ilə daşınan sərnişin sayı açıqlanıb

Ötən il Bakubus avtobusu ilə daşınan sərnişin sayı açıqlanıb
06.02.2024 13:32
2023-cü ildə Bakıda sərnişindaşımanı həyata keçirən "Bakubus" MMC-yə məxsus avtobuslarla 123 milyon 673 min 912 sərnişin daşınıb ki, bu da əvvəlki ilə müqayisədə 15% çoxdur. Bu barədə şirkət "Report"a məlumat verib.

Məlumata görə, şirkətə məxsus avtobuslarla 2022-ci ildə 107 milyon 138 min 73, 2021-ci ildə 85 milyon 837 min 887 sərnişin daşınıb.
 
2020-ci ildə isə "Bakubus" avtobusları ilə daşınan sərnişinlərin sayı 75 milyon 703 min 741 olub.
 
Bak Nəqliyyat Agentliyinin məlumatına görə, 2022-ci ildə Bakıda avtobuslarla 502 milyon sərnişin daşınıb. 

2016-cı ildə paytaxtda avtobuslarla daşınan sərnişinlərin sayı 629 milyon nəfər, 2017-ci ildə 659 milyon nəfər, 2018-ci ildə 704 milyon nəfər, 2019-cu ildə 801 milyon nəfər, 2020-ci ildə 413 milyon nəfər, 2021-ci ildə isə 444 milyon nəfər olub.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında 2040-cı ilə qədər taksidən istifadə edənlərin sayının azalacağı gözlənildiyi qeyd olunub.

2040-cı ildə ictimai nəqliyyatın ümumi səfərlərdə payı 37,8%, 52,0%, 54,4%, 56,8%, yerdə qalan fərdi minik avtomobillərinin payı isə 40%, 59,4%, 45,3%, 42,9% təşkil etdiyi hallarda taksi nəqliyyatının payı 2,7% olacağı ehtimal edilir.  
 
2023-cü il oktyabrın 1-də "Avtomobil nəqliyyatı haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi qüvvəyə minib. 
 
Ötən ilin dekabrıda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev Bakıda taksi xidmətindən istifadə edənlərin sayı 14% azaldığını açıqlayıb.

Aygün Mirakif


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol