Azərbaycanda 2023-cü il əsas kapitala 20,3 milyard manat qoyulub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur. Bunu Milli Məclisin İqtisadi, siyasi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, investisiyaların 80,9%-i daxili mənbələrin hesabına reallaşıb. 6,3 milyard manat neft, 14 milyard manat isə qeyri-neft sektoruna yönlədilib. Ötən il qeyri-neft sektorunda 9,3% artım müşahidə olunub.
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
Dövlət Statistika Komitəsinin son hesabatına görə 2024-cü ilin yanvar-aprelində əsas kapitala 5230,4 milyon manat həcmində investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !