Ötən il təhsil müəssisələrindən xaric edilənlərin sayı 9,8% artıb

16:41 | 24.06.2024
Ötən il təhsil müəssisələrindən xaric edilənlərin sayı 9,8% artıb

Ötən il təhsil müəssisələrindən xaric edilənlərin sayı 9,8% artıb

2023-cü ildə ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib ki, bu da əvvəlki illə müqayisədə 776 nəfər və ya 9,8% çoxdur. Bu barədə məlumat «Abituriyent» jurnalının 12-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, onlardan 4551 nəfəri bakalavriat, 1267 nəfər magistratura, 1496 nəfər tam orta ixtisas bazası, 1317 nəfər isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Jurnalda həmçinin ötən il 716 tələbənin akademik borca görə təhsil müəssisəsindən xaric edildiyi vurğulanıb. 

Onlardan 583-ü bakalavriat, 77-si magistratura, 31-i tam orta, 25-i ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

2021-ci ildə 5610 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə, 732 nəfər təhsil müəssisəsinin fəaliyyətinin dayandırılmasına, 1483 nəfər digər təhsil müəssisəsinə köçürülməyə görə xaric edilib. Eyni zamanda 2021-ci ildə akademik borca görə təhsil müəssisələrindən xaric edilənlərin sayı 321 nəfər olub.Tələblərin 98-i isə təkrar kursda saxlanılıb.

Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM